Ermənistan MTX xüsusi bəyanat yaydı: İrəvanda gərginlik artır

Ermənistan Milli Təhlükəsizlik Xidməti bu dəqiqələrdə xüsusi bəyanat yayıb. Virtualaz.org-un məlumatına görə, bəyanatda deyilir: “Silahlı qruplaşmanın cinayətkar davranışları getdikcə bütün sərhədləri keçərək daha təhlükəli xarakter alır. Ermənistan polisinin patrul-mühafizə alayının binasını nəzarətdə saxlayan silahlı qruplaşma üzvləri yeni cinayətlər törətməməklə bağlı çoxsaylı çağırışların əksinə olaraq hüquq-mühafizə orqanları əməkdaşlarının həyat və sağlamlığına qəsd etməyə, onların əmlakını məhv […]

Ərəblər Bakının ən bahalı otellərini seçdilər

Azərbaycana ərəblər, əsasən, Dubay, Səudiyyə Ərəbistanı, Küveyt və İraqdan gəlir. Bunu azvision.az-a Azərbaycan Turizm Assosiasiyasının (AzTA) rəhbəri Nahid Bağırov deyib. O qeyd edib ki, 5 il bundan öncə Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Turizm Assosasiyası ilə Dubayın turizm şirkəti arasında 3 tərəfli memorondum imzalanıb. Ərəblərin ölkəmizə axını məhz bu memorandumdla bağlıdır. “Dubayda turizm şirkəti memoronduma […]

Keçmiş deputatın qardaşı qəza törətdi

Quba şəhərində yol-nəqliyyat hadisəsi baş verib. Hadisə şəhərin Əliqulu Nərimanov və Əzizbəyov küçələrinin kəsişməsindəki işıqforda baş verib. Belə ki, “Opel” markalı, 99 EU 568 dövlət qeydiyyat nişanlı avtomobillə “Hyundai” markalı, 50 CM 558 dövlət qeydiyyat nişanlı mikroavtobus toqquşub. Nəticədə mikroavtobus yoldan çıxaraq aşıb. “Opel”in sürücüsü Valeh Saleh oğlu Osmanov yüngül xəsarət alıb və Quba Rayon […]

III dünya savaşı Rusiyanın sonu olacaq

Rusiya nüvə müharibəsi edə bilməz. Axar.az xəbər verir ki, bunu Ukrayna mətbuatına açıqlamasında Ukrayna Xarici İşlər Nazirliyinin keçmiş başçısı Vladimir Oqrızko söyləyib. Onun sözlərinə görə, Moskva nüvə müharibəsi başlayacağı gün yox olacağını yaxşı bilir: “Rusiya və Qərbin hərbi imkanları müqayisə edilməz səviyyədədir. Rusiya indi Qərbi qorxutmağa cəhd edir. Qərbdə müharibədən çox qorxurlar. Onlar müharibə olmaması […]

Prezident Şirvandakı partlayışla bağlı sərəncam imzaladı

Prezident İlham Əliyev Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin “Araz” zavodunda baş vermiş partlayışla əlaqədar Dövlət Komissiyasının yaradılması haqqında sərəncam imzalayıb. 2016-cı il iyulun 26-da Müdafiə Sənayesi Nazirliyinin Şirvan şəhərində yerləşən “Araz” zavodunda partlayış baş verib, nəticədə yaralananlar var. Dövlətimizin başçısı baş vermiş hadisənin səbəblərini araşdırmaq və nəticələrini aradan qaldırmaq məqsədilə qərara alıb ki, Müdafiə Sənayesi […]

700 bal toplayan abituriyent: “Evdəkilər sevindi, konkret uçurduq””

Kürdəmir rayonunun Xırdapay kənd sakini 1999-cu il təvəllüdlü Təbriz Nazim oğlu Qasımov avqustun 23-də III qrup üzrə ali məktəblərə keçirilən qəbul imtahanında 700 bal toplayıb. Kürdəmirdə bu vaxtadək ilk dəfə olaraq maksimum nəticə göstərən Təbriz Qasımov rayonun 2 saylı məktəb liseyində təhsil alıb. Körpəlikdən idmanla məşğul olan Təbriz 5-ci sinifdən dərslərinə xüsusi diqqət yetirməyə başlayıb. […]

Türkiyədə tutulanların sayı 9 mini keçdi

Türkiyədə dövlət çevrilişinə cəhdlə əlaqədar indiyədək ümumilikdə 9 min 56 nəfər saxlanılıb. Onların arasında hərbçilər, hakimlər, prokurorlar və polislər var. Qeyd edək ki, iyulun 15-də Türkiyədə hərbçilər tərəfindən dövlət çevrilişinə cəhd olunub. Hadisə nəticəsində 246 nəfər ölüb, 2185 nəfər yaralanıb. (azvision.az)

Iran Ermənistana qaz ixracının həcmini üç dəfə artıracaq

İranın Ermənistana qaz ixracının həcmi üç dəfə artırılacaq. Report-un Ermənistan KİV-lərinə istinadən verdiyi xəbərə görə, bu barədə Tehranda Ermənistanın energetika və təbii sərvətlər naziri Levon Yolyan ilə keçirilən görüşdən sonra İranın neft naziri Bijan Namdar Zarqane deyib. B.N.Zarqane bəyan edib ki, 2018-ci ilin sonunadək hazırda Ermənistana ixrac edilən “mavi yanacağın” həcmi 3 dəfə artaraq gündəlik […]

Partlayış mərmi saxlanc anbarında olub – Nazir hadisə yerindədir

Şirvanda partlayış mərmi saxlanc anbarında baş verib. “Qafqazinfo”nun APA-ya istinadən məlumatına görə, hazırda ərazidə ara-sıra partlayış səsləri eşidilir. Lakin intensiv partlayışlar artıq yoxdur. Partlayış baş verən ərazidə tüstülənmə var. Hadisə zamanı partlayan mərmilər yaxınlıqdakı ərazilərə səpələnib. Əraziyə çoxlu sayda təcili tibbi yardım maşını cəlb olunub. Yaralılar Şirvan Mərkəzi Şəhər Xəstəxanasına yerləşdirilir. Hadisə nəticəsində ölənlərin olması […]

Lavrov İŞİD-in kimə xidmət etdiyini açıqladı

Rusiya Federasiyası xarici işlər naziri Sergey Lavrov İŞİD terror təşkilatının kimlər tərəfindən yaradıldığını və kimə xidmət göstərdiyini açıqlayıb. “İŞİD yalnız xristianlara qarşı repressiyalar törətmir. İŞİD həm şiələrə, həm xristianlara, həm də yezidlərə eyni qəddarlıqla yanaşır. Biz əlbəttə, İŞİD-in arxasında kimin dayandığını başa düşürük. İŞİD-i yaradanlar heç də dindarlar deyil. Onlar Lissabondan Pakistana qədər xilafət qurmaq, […]

Photo Gallery

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

İyul 2016
BE ÇA Ç CA C Ş B
 123
45678910
11121314151617
18192021222324
25262728293031