Beyləqanda 16 yaşlı qız ehtiyatsızlıqdan özünü güllələyib

Beyləqanda silahlı insident olub. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, mayın 14-də Beyləqan rayonunda yaşayan 16 yaşlı Nəzifə Babayeva evlərində ov tüfəngi ilə ehtiyatsız davrandığından açılan atəşdən xəsarət alıb və o, xəstəxanaya yerləşdirilib. Beyləqan Rayon Polis Şöbəsi əməkdaşları tərəfindən hadisə yerindən “İJ” markalı ov tüfəngi götürülüb. Faktla bağlı araşdırma aparılır.

Azərbaycanın qızı İrəvanı qarışdırdı: mer uğrunda döyüş və Sarkisyanın biabır olduğu an – (VİDEO – FOTO)

Dünən İrəvan Ağsaqqallar Şurasında seçkilər keçirildi. Şəhər merinin seçilməsi uğrunda keçirilən seçkinin ilkin nəticələrinə görə, hakim Respublika Partiyası qabil gəlib. Publika.az xəbər verir ki, gecə saat 02:15-ə olan məlumatda bülletenlərin 93 faizinin sayıldığı açıqlanıb. Nəticələrə görə, hakim partiya 71,07 faiz (227629) səslə tam qələbə çalıb. (Bu səslər arta da bilər). Seçkidə hakim partiyanın namizədlər siyahısına […]

DTX-nın idarə rəisləri MTN-dən çıxarılan milyonlar haqda danışıblar – “Nazirin imzası ilə…”

Ləğv edilmiş MTN-də yüksək vəzifə tutmuş və hazırda xidmətlərini DTX-da davam etdirən zabitlər dövlət büdcəsindən mənimsənilən milyonlarla bağlı ifadə veriblər. Onlar MTN-in dövründə əməliyyatlara, agentlərə verilməsi adı ilə mənimsənilən 7,6 milyon manat, 1,8 milyon dolları və 407 min avronun kassadan necə çıxarılmasından danışıblar. Musavat.com-un əldə etdiyi məlumata görə, MTN-nin Antiterror Mərkəzinin rəisi, general-mayor Elçin Quliyev […]

İslamiada: Azərbaycan yığması 50 medal qazanıb

Bakıda keçirilən IV İslam Həmrəyliyi Oyunlarında üçüncü günə yekun vurulub. Cumhuriyyet.az  bildirir ki, bu gün də Azərbaycan idmançıları üçün uğurlu olub və komandamız medal sayında liderlik edir. Belə ki, bu gün Azərbaycan idmançıları 14 qızıl, 8 gümüş və 6 bürünc medal qazanıblar. Beləliklə, hazırda Azərbaycanın aktivində 24 qızıl, 17 gümüş və 9 bürünc medal var. […]

Bakıda məhkum istintaq təcridxanasında dünyasını dəyişdi

Bakıda istintaq təcridxanasında ölüm hadisəsi qeydə alınıb. “Report”un xəbərinə görə, hadisə Sabunçu rayonu, Kürdəxanı qəsəbəsində yerləşən Bakı İstintaq Təcridxanasında baş verib. Belə ki, təcridxanada məhkumluq həyatı yaşayan 45 yaşlı İbrahimov Savad Qılman oğlu infarkt keçirərək ölüb. Faktla bağlı araşdırma aparılır.

Nazirlik məlumat yaydı: virus təhlükəsi var

Bir necə gündür ki, bütün dünyada kompüterlərin bəlasına çevrilən yeni dəhşətli virus peyda olub. Bu virus artıq 99 ölkədə yayılıb və kompüterlərin məhvinə səbəb olub. Bu virus hətta oğurlanan faylların əvəzində istifadəçidən pul da tələb edir. “VannaCry” adlandırılan bu virusun əsasən “Vindows” əməliyyat sistemlərindəki şəbəkədə faylların paylanması protokolunda mövcud olan boşluqdan istifadə etməsi ilə yayıldığı […]

Son 60 ildə 11 milyon müsəlmanı müsəlman öldürüb: DƏHŞƏTLİ STATİSTİKA

Son 60 ildə 11 milyon müsəlmanın 35 mini İsrail, qalan 10.965 milyonu müsəlmanlar tərəfindən öldürülüb. Cumhuriyyet.az A24.Az-a istinadən bu sahədə qeydə alınmış statistikanın qısa detalını təqdim edir: Məsələn, 1990-dən 2009-cu illər ərzində CİA, Mossad, MI5, MI6, DGSE Nil araşdırmasına görə İslam dünyasında 34.906 müsəlman iş adamı öldürülüb. İraq, Suriya torpaqlarını qan gölünə çevirən və özlərini […]

Novxanı kəndinin keçmiş bələdiyyə sədrinin başı dərddə

Məhərrəm Əvəzovla bağlı hüquqi araşdırmaya start verilib Abşeron rayonunun Novxanı kəndinin keçmiş bələdiyyə sədri Məhərrəm Əvəzovla bağlı redaksiyamıza yeni informasiya daxil olub. Özəl mənbədən daxil olan cumhuriyyet.az-a məlumata görə, M.Əvəzovun bələdiyyə sədri işlədiyi dövrdə yol verdiyi qanunsuzluqlarla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırmaya start verilib. Sabiq bələdiyyə sədri məhşər ayağında Bilgili qaynağın sözlərinə görə, M.Əvəzovla bağlı […]

Elmar Məmmədyarov Ermənistanla sülh şərtlərini açıqladı

Ermənistan Xarici İşlər naziri Edvard Nalbəndyan həmsədrlərin regiona səfərindən sonra nazirlər səviyyəsində görüşün mümkün olduğunu bildirib. Azərbaycan Xarici İşlər naziri Elmar Məmmədyarov APA-ya açıqlamasında bunun prinsip etibarilə mümkün olduğunu qeyd edib: “Üç ölkənin xarici işlər nazirlərinin sonuncu Moskva görüşündən sonra məndə belə təəssürat yarandı ki, qoşunların çıxarılması müqabilində sülh və ya ərazi müqabilində sülh mümkündür. […]

Atəşkəsi pozan erməni əsgər cavab atəşi ilə məhv edilib

Azərbaycan Silahlı Qüvvələri düşmənin növbəti təxribatının qarşısını alıb. APA-nın Ermənistan mətbuatına istinadən verdiyi məlumata görə, bu gün saat 15:15 radələrində Dağlıq Qarabağda atəşkəs rejimini pozan erməni hərbçi Arşak Arşakyan Azərbaycan Ordusunun cavab atəşi ilə öldürülüb.

Photo Gallery

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

May 2017
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
293031