“SinoVac” pevəyndinə icazə verilir – PROSEDUR BAŞLADI

    Avropa Dərman Agentliyi (EMA) Çinin “SinoVac” şirkətinin istehsalı olan koronavirus əleyhinə peyvəndin Avropa İttifaqında tətbiqinə icazə verilməsi üçün prosedurlara start verib. Təşkilat məlumatların sürətləndirilmiş dəyərləndirilməsini həyata keçirəcək. “SinoVac“ peyvəndi barədə qərar kliniki və laboratoriya tədqiqatlarının nəticələri əsasında qəbul edilib. Peyvəndin orqanizmdəki anticisimləri koronavirusa qarşı stimullaşdırması və buna görə də COVID-19 xəstəliyinə qarşı effektivliyi […]

Bu qidalar ölümə səbəb olur: uşaqların 4-8 %-i…

    Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun Elmi-tədqiqat və risklərin qiymətləndirilməsi departamentinin Qida təhlükəsizliyi şöbəsinin mütəxəssisi Aynur Həsənova “Allergik qidaların orqanizmə təsiri” adlı məqalə hazırlayıb. Həmin məqaləni təqdim edirik: “Allergik xəstəliklər ilin bütün fəsillərində baş verə bilər. Lakin orqanizmdən asılı olaraq, bəzi allergiyalar mövsümi xarakter daşıdığına görə əsasən də yaz və payız aylarında özünü daha qabarıq […]

“Qarabağ” son oyunda xal itirdi

    Futbol üzrə Azərbaycan Premyer Liqasında XXV turun daha bir oyunu keçirilib. Çempionluğa iddialı komandalardan “Qarabağ” “Zirə”ni qəbul edib. “Azersun Arena”dakı matç 1:1 hesabı ilə yekunlaşıb. “Zirə”nin heyətində Fakundo Melivilo 17-ci dəqiqədə hesabı açıb. 2 dəqiqə sonra isə Abdullah Zubir tarazlığı bərpa edib. Bu nəticədən sonra lider “Qarabağ” xallarının sayını 51-ə çatdırıb və ikinci […]

Bu balıqların ovlanmasına görə CƏRİMƏLƏR ARTIRILDI

    “Qırmızı kitab”a daxil edilmiş balıq, su məməliləri və su onurğasızları növlərinə görə tətbiq edilən cərimənin məbləği artırılıb. Bununla bağlı Baş nazir Əli Əsədov “Balıq və digər su bioresurslarından istifadəyə görə ödəmələrin növləri, dərəcələri, tətbiq edilmə qaydaları və balıq və digər su bioresurslarının qeyri-qanuni ovuna cərimələr”ə dəyişiklik edilməsi barədə qərar imzalayıb. Qərara əsasən, “Qırmızı […]

“Azərsu” ASC-nin sədri işdən çıxarıldı – Sərəncam

Qorxmaz Cavanşir oğlu Hüseynov “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin (ASC) sədri vəzifəsindən azad edilib. Bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb.

Azərbaycanda yüksək vəzifəli şəxs qohumu üçün görün NƏ TƏLƏB ETDİ – ŞOK FAKT

    Səbail Rayon İcra Hakimiyyətinin başçısının birinci müavini Bayramova Xalidə Nuru qızının qanunsuz hərəkətlərə yol verməsi haqqında daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Baş Prokurorluğunun Cinayət təqibindən kənar icraatlar idarəsində araşdırma aparılıb. Baş Prokurorluqadan  verilən məlumata görə, araşdırma zamanı müəyyən edilib ki, Səbail RİHB-nin birinci müavini Xalidə Bayramova öz vəzifə səlahiyyətlərindən istifadə edərək Səbail […]

Lavrovu İrəvanla Bakıya gətirən 3 SƏBƏB: Ərdoğanın Şuşa səfəri və… – DETALLAR

  Rusiyanın Xarici İşlər naziri Sergey Lavrovun regiona səfəri gözlənilir. O, ilk olaraq İrəvana, daha sonra Bakıya səfər edəcək. Azərbaycan cəmiyyəti də Lavrovun İrəvana səfərini maraqla izləyəcək. Əsas sual odur ki, Rusiya Xarici İşlər naziri İrəvanda hansı məsələləri müzakirə edəcək? Bütün bunlarla bağlı politoloq Qabil Hüseynli ilə söhbətləşdik. Q.Hüseynli  müsahibəsində Rusiya XİN rəhbərinin İrəvana səfərinin səbəbini üç […]

Yağış, dolu, güclü külək – SABAHIN HAVASI

  Azərbaycanda mayın 5-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi, lakin gündüz bəzi yerlərdə yağış yağacağı gözlənilir. Gün ərzində güclü şimal-qərb küləyi əsəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 11-13, gündüz 15-18, Bakıda gecə 11-13, gündüz 16-18 […]

Müğənni Aslan Hüseynov vəfat etdi

    Müğənni Aslan Hüseynov yol qəzasında dünyasını dəyişdi. Baku TV-nin əldə etdiyi məlumata görə, müğənni Qaradağda avtomobil qəzası zamanı ağır yaralanıb. O, xəstəxanaya çatdırılsa da, orada keçinib.  

Azərbaycanın Xankəndinə nəzarəti bu tarixdən başlayacaq – Marqaryan açıqladı

  Ermənistanda seçkidən sonra Qarabağda idarəçiliyin Azərbaycanın nəzarətinə keçməsi prosesi başlanacaq. Bu barədə erməni politoloq Robert Marqaryan deyib. Onun sözlərinə görə, Nikol Paşinyan seçkilərə görə bu prosesin dayandırılmasını xahiş edir. “Seçkidən sonra isə proses başlanacaq, Azərbaycan rəsmilərinin açıqlamaları da bunu göstərir”, – o deyib.

Photo Gallery

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

May 2021
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31