İki uşaq anası özünü binadan atdı

Sumqayıtda 30 yaşlı qadın özünü binadan atıb.   Hadisə şəhərin Ərşad Kərimov küçəsində qeydə alınıb.   1991-ci il təvəllüdlü Əliyeva Şəhla Cahid qızı özünü yaşadığı hündürmərtəbəli binanın 6-cı mərtəbəsindən ataraq intihar edib. İntiharın səbəbləri bilinmir.   Meyit aidiyyəti üzrə təhvil verilib.   Faktla bağlı araşdırma aparılır.   Ş. Əliyeva ailəli olub, 2 övladı var.(APA)

Hansı deputatlar silah gəzdirir? – DİN AÇIQLADI

Milli Məclis deputatlarının xidməti silah gəzdirmək və onu təyinatı üzrə istifadə etmək hüququ var. Bu, 1997-ci il dekabrın 30-da qəbul edilən “Xidməti və mülki silah haqqında” Qanunla tanınıb. 2001-ci ilin oktyabrında isə “Milli Məclis deputatının statusu haqqında” Qanuna əlavələr edilib. Bu qanunun 12.1-ci maddəsində deputatın təhlükəsizliyindən bəhs olunur.   Qanuna görə, deputatlar xidməti silah almaq […]

Zəngilanla Qafan arasındakı Ağdağ müəmmasına SON QOYULDU

Azərbaycanın Zəngilan və Ermənistanın Qafan rayonu arasında yerləşən Ağdağ zirvəsinin (ermənilər Pelasar adlandırır-red.) hansı tərəfin nəzarətində olduğuna dair müzakirələr davam edir.   İlk dəfə bu il oktyabrın 16-da Ağdağ zirvəsinə nəzarətin bütünlüklə Azərbaycan tərəfinə keçməsi barədə məlumat yayılıb. İlk olaraq bu barədə “Ermənistan” blokunun üzvü, deputat Anna Qriqoryan açıqlama verdi. O, yüksəkliyin tədricən Azərbaycan tərəfinə […]

Bakıda polis əməkdaşı qəzaya DÜŞDÜ

Bakıda ağır yol-nəqliyyat hadisəsi baş verib.   Hadisə gecə saat 00:40 radələrində, paytaxtın Binəqədi rayonu, İlqar Cümşüdov küçəsində qeydə alınıb.   Hadisə şahidlərinin sözlərinə görə, 4-cü mikrorayon dairəsi kimi tanınan ərazidən 9-cu mikrorayon istiqamətində hərəkət edən “Chevrolet Cruze” markalı avtomobil işıqforun qırmızı işığında keçərək əks yola daxil olub.   Nəticədə “Chevrolet Cruze” markalı nəqliyyat vasitəsi […]

Deputat sabiq deputatla davaya ÇIXDI

Deputat Etibar Əliyevlə sabiq deputat Nazim Bəydəmirli arasında ciddi mübahisə yaranıb. Mübahisəyə səbəb Nazim Bəydəmirlinin Facebook-da Etibar Əliyevin adından yayılan “müəllimlər saxta COVID-19 pasportu alıb…” iddiasını paylaşaraq, onu ittiham etməsi olub. Nazim Bəydəmirlinin paylaşımından qəzəblənən Etibar Əliyev ona sərt cavab verib. “Yenidən fikirlərim təhrif olunub. Mən heç bir kütləvi informasiya vasitəsinə konkret olaraq deməmişəm ki, […]

Daha bir nəfər göbələkdən zəhərləndi

Zaqatalada daha bir nəfər göbələkdən zəhərlənib.   Rayonun Dağlı kənd sakini 1993-cü il təvəllüdlü İbrahim Fərhad oğlu Mehdiyev bu gecə saat 04 radələrində zəhərlənmə əlamətləri ilə Zaqatala Rayon Mərkəzi Xəstəxanasına daxil olub. Müayinə zamanı onun göbələk yedikdən sonra zəhərləndiyi məlum olub. İ. Mehdiyevin müalicəsi Zaqatala RMX-da davam etdirilir, vəziyyəti orta-ağır qiymətləndirilir.   Qeyd edək ki, […]

Xarici valyutaların manata qarşı məzənnələri

Azərbaycan Mərkəzi Bankı (AMB) bu günə olan rəsmi valyuta məzənnələrini açıqlayıb.   2021-ci ilin oktyabrın 21-də ABŞ dollarının məzənnəsi dəyişməyərək 1,7000 manat, 1 Rusiya rublu 0.0240 manat təşkil edib, 1 avro 1.9813 manata, 1 türk lirəsinin məzənnəsi isə 0.1839 manata yüksəlib.   Valyuta Kod Kurs ABŞ dolları USD 1,7000 Avro EUR 1.9813 Rusiya rublu RUB […]

Deputata ağır itki üz verdi

Milli Məclisin deputatı Nizami Səfərova ağır itki üz verib. Deputatın anası Əskinas Səfərova dünyasını dəyişib. Allah rəhmət eləsin.  

Dünya çempionumuz 3-cü dəfə tələbə oldu

Güləş üzrə dünya və Avropa çempionu Rəsul Çunayev növbəti ali təhsilini alacaq.   Tanınmış idmançı Dövlət İdarəçilik Akdemiyasına qəbul olub.   Bu barədə o, özünün İnstaqram hesabında yazıb: “Uşaq olarkən təhsilin əhəmiyyətini anlamadığım vaxtlarda məktəbə getməyi heç sevməz, dərs oxumaq istəməzdim. Amma böyüdükcə anladım ki, təhsilin insan həyatında böyük və mühüm bir rolu var. Əgər […]

Photo Gallery

Рейтинг@Mail.ru

Redaktor: Xan Tural
Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN
Oktyabr 2021
BE ÇA Ç CA C Ş B
 123
45678910
11121314151617
18192021222324
25262728293031