İşğalı və işğalçını dəstəkləyən də ən az onun qədər günahkardır

Vətəndaş Həmrəyliyi Partiyası Fransa Senatında Azərbaycan əleyhinə qəbul edilmiş qətnamə ilə bağlı bəyanat yayıb. Bəyanatda deyilir: “Azərbaycanın öz torpaqlarını düşmən işğalından azad etmək üçün apardığı Zəfər Savaşında qələbəsini heç cür həzm edə bilməyən Fransanın  davranışları böyük təəssüf və qəzəb doğurur. İşğalı və işğalçını dəstəkləyən də ən az onun qədər günahkardır. Bu səbəbədən Fransanın Ermənistana göstərdiyi […]

DAK-ın bəyanatı: “İran adlanan yerdə insan haqları və soydaşlarımızın milli hüquqları bərqərar olmayınca DAK-ın mübarizəsi dayanmayacaq”

Bir aydan artıqdır ki, İranın bütün bölgə və şəhərlərini kütləvi etiraz aksiyaları bürümüşdür. Bu aksiyalarla İran cəmiyyətinin dərin sosial-siyasi, mədəni və etnik-milli böhranlar keçirdiyini bir daha dünyaya göstərmiş oldu. İnsan dəyərlərinin ən ali məqam sayıldığı, sosial, milli haqların ümumbəşəri ideyalara çevrildiyi XXI əsrdə demokratik prinsiplər heç bir dövlətin daxili işi sayıla bilməz. İranda milyonlarla Azərbaycan […]

VHP-dən Nensi Pelosinin fikirlərinə etiraz:”Siyasi riyakarlıqdır…”

Vətəndaş Həmrəyliyi Partiyası ABŞ Konqresi Nümayəndələr Palatasının sədri  Nensi Pelosinin Ermənistana səfəri zamanı səsləndirdiyi fikirlərlə bağlı bəyanat yayıb. Bəyantda deyilir: “Azərbaycanın öz torpaqlarını işğaldan azad edərək regionda lider dövlət statusunu gücləndirməsi, xüsusilə Azərbaycan-Türkiyə ittifaqının getdikcə möhkəmlənərək bölgədə hegemon qüvvəyə çevrilməsi  türk düşmənlərini hərəkətə gətirib. ABŞ Konqresi Nümayəndələr Palatasının sədri  Nensi Pelosinin Ermənistana səfəri bu qüvvələrin […]

Samir Əsədli: “KTMT adı cəlbedici olsa da, ciddi hərbi təşkilat kimi qəbul olunmur”

Əgər təşkilat toqquşmalara qarışarsa Türkiyə də vəziyyətə müdaxilə edə bilər   KTMT Azərbaycan-Ermənistan sərhədindəki vəziyyəti təhlil etmək üçün işçi qrup yaratmağı təklif edib. Bu təklif KTMT-nin Kollektiv Təhlükəsizlik Şurasının növbədənkənar iclasında səsləndirilib. Belarus Təhlükəsizlik Şurasının dövlət katibi Aleksandr Volfoviç ölkəsinin Ermənistanla Azərbaycan arasında məsələlərin alternativsiz, yalnız siyasi və diplomatik üsullarla sülh yolu ilə həllindən çıxış etdiyini […]

Sabir Rüstəmxanlının “Qarabağa Dönüş” poeması Türkiyədə nəşr edildi

Qarabağ mövzusu Azərbaycan ədəbiyyatında həmişə geniş mənada Vətən mövzusunun atributlarından biri kimi qəbul edilmişdir.  Dağlıq Qarabağ münaqişəsi yaranana qədər Qarabağ motivi Azərbaycan ədəbiyyatının poetik qanadının ilham pərisi funksiyasını yerinə yetirmişdir. Lakin Ermənistan-Azərbaycan-Dağlıq Qarabağ münaqişəsinin meydana çıxması və bədnam ermənilərin havadarlarının gücü ilə Azərbaycanın bu qədim torpaqlarını işğal etməsi ilə Qarabağ mövzusundakı nikbin notlar bədbinlik, məyusluq cizgiləri ilə […]

VHP sədrindən Xamneyiyə etiraz: İran reallığl qəbul edə bilmir

Məlum olduğu kimi İranın dini lideri Əli Xamneyi şəxsi “Twitter” səhifəsində etdiyi paylaşımda Ermənistan-İran sərhədinin bağlana biləcəyindən narahatlığını bildirib. “Biz Qarabağın Azərbaycana qayıtmasına sevinirik. Amma əgər İran-Ermənistan sərhədinin bağlanması siyasəti olarsa, İran buna qarşı çıxacaq. Ona görə ki, bu sərhəd bir neçə min illik əlaqə yoludur”,- deyə Əli Xamneyi yazıb. İran rəsmilərinin bu açıqlaması rəsmi […]

Nazirliyin “cavabları” hardadır?

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin arqumentləri yalan çıxdı Millət vəkili, Vətəndaş Həmrəyliyi Partiyasının sədri Sabir Rüstəmxanlı Milli Məclisinin son  iclasında hökumətin hesabatının müzakirəsi zamanı  bildirib ki, Nazirlər Kabineti Milli Məclisdə səsləndirilən təklifləri nəzərə almalıdır: “Hökumət iclaslarının stenoqramı götürüb, təklif olunan məsələlərlə tanış ola bilər. Təmsil etdiyim Neftçala sakinlərinin məşğulluq məsələsi ilə bağlı ümumi proqramın […]

VHP: “Ukraynanın suverenliyini və ərazi bütövlüyünü dəstəkləyirik”

Bu gün Rusiya prezidenti Vladimir Putinin Ukraynaya qarşı hərbi hücum qərarı verib. Artıq bölgədə irimiqyaslı hərbi əməliyyatlar aparılır. Rusiya Ukraynanın infrastrukturuna və sərhədçilərinə raket zərbələri endirib. Dünyanın gözü qarşısında Ukraynanın suverenliyi və ərazi bütövlüyünə təcavüz olunur. Vətəndaş Həmrəyliyi Partiyası güc yolu ilə ölkələrin ərazilərinin bölünməsinə, sərhədlərin dəyişməsinə qarşıdır və bundan sonra da Ukraynanın ərazi bütövlüyünü […]

SABAHDAN BU ŞƏXSLƏRİN “PEYVƏND SERTİFİKATI” ETİBARLI HESAB EDİLMƏYƏCƏK – 3 qurum birgə məlumat yaydı

Fevralın 15-dən etibarən Nazirlər Kabinetinin Qərarına əsasən COVID-19-a qarşı peyvəndin 2-ci dozasının üzərindən 6 ay keçmiş şəxslərin “Peyvənd sertifikatı” etibarlı hesab edilməyəcək. Bu barədə Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və TƏBİB-in yaydığı birgə məlumatda qeyd olunub. “Peyvənd sertifikatı” tələb olunan sahələrdə çalışan və bir sıra iş və xidmət sahələrinin fəaliyyətindən istifadə edən […]

Qərbin müharibə oyunu: Oliqarxlar Ukraynadan qaçdılar – ÖZƏL

Son günlər dünyanın gündəmi Ukrayna və Rusiya arasında davam edən gərginliyə yönəlib. Proseslərin təhlükəli həddə çatdığı bir məqamda bir çox ölkələr öz vətəndaşlarına Ukraynanı tərk etməyi tapşırıb. Artıq 35-dən çox ölkə Ukraynanı təhlükəli ölkə hesab edərək, vətəndaşlarını buradan çıxmağa çağırıb.   Qeyd edək ki, bu siyahıya Avstraliya, Böyük Britaniya, Latviya, İsrail, Kanada, Yunanıstan, Yeni Zelandiya, Hollandiya, Norveç, ABŞ, […]

Photo Gallery

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

May 2023
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
293031