Bu şəxslərin də maaşları artırıldı – YENİ İLDƏN

Dekabrın 29-da Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Elmi Şurasının 2022-ci il üçün sonuncu iclası keçirilib. İclasda giriş nitqi ilə çıxış edən rektor professor Cəfər Cəfərov universitetdə il ərzində görülən işlər və qarşıdakı hədəflər haqqında danışaraq qeyd edib ki, yola saldığımız il ADPU-da inkişaf ili kimi səciyyələndirilə bilər. İl ərzində ADPU-CVU ikili magistr diplom proqramının ilk […]

Prezident: “Azərbaycan-İsrail münasibətlərinə xüsusi əhəmiyyət veririk”

“Biz tarixən dostluq və qarşılıqlı anlaşma şəraitində yaşamış xalqlarımızın iradəsindən qaynaqlanan Azərbaycan-İsrail münasibətlərinə xüsusi əhəmiyyət veririk”. Cumhuriyyet.az xəbər verir ki, bu fikir Azərbaycan Prezidenti İlham Əliyevin İsrail Dövlətinin Baş naziri Benyamin Netanyahuya ünvanladığı təbrik məktubunda yer alıb. “Ötən otuzillik dövr ərzində qarşılıqlı etimad və dəstək kimi möhkəm təməllər üzərində qurulmuş dövlətlərarası əlaqələrimizin yüksələn xətt üzrə […]

İlham Əliyev: “Səfirliyimizin açılması Azərbaycan-İsrail münasibətlərinin inkişafına töhfə verəcək”

“Səfirliyimizin açılması Azərbaycan-İsrail münasibətlərinin inkişafına töhfə verəcək”. Cumhuriyyet.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyevin İsrail Dövlətinin Baş naziri Benyamin Netanyahuya təbrik məktubunda deyilir. Dövlət başçısı qeyd edib ki, bu ilin noyabrında Azərbaycanın İsraildə Səfirliyinin təsis edilməsi barədə qərar qəbul edilib. “Əminəm ki, dost xalqlarımızın mənafelərinə uyğun olaraq ölkələrimiz arasında əlaqələrin dərinləşdirilməsi, qarşılıqlı […]

Azərbaycan Prezidenti İsrailin Baş nazirini təbrik edib

Azərbaycan Prezidenti İlham Əliyev İsrail Dövlətinin Baş naziri Benyamin Netanyahuya təbrik məktubu ünvanlayıb. Cumhuriyyet.az-ın məlumatına görə, mətndə deyilir: “Hörmətli cənab Baş nazir, İsrail Dövlətinin Baş naziri kimi fəaliyyətə başlamağınız münasibətilə Sizi ürəkdən təbrik edir, ən səmimi və xoş arzularımı çatdırıram. Bu, dost İsrail xalqının Sizə olan böyük inam və etimadının bariz təzahürü, ölkənizin hərtərəfli inkişafı […]

Məhkəmə Bəxtiyar Hacıyevlə bağlı QƏRAR VERDİ

İctimai fəal Bəxtiyar Hacıyevin barəsində seçilmiş həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz olunması ilə vəkilləri tərəfindən verilən vəsatətə baxılıb. Cumhuriyyet.az xəbər verir ki, Xətai rayon Məhkəməsində hakim Sülhanə Hacıyevanın sədrliyi ilə baş tutan iclasda qərar elan olunub. Qərara görə, vəsatət təmin olunmayıb. Xatırladaq ki, dekabrın 9-da Xətai rayon Məhkəməsinin qərarı ilə Bəxtiyar Hacıyevin barəsində […]

Azərbaycanla 27 ölkə arasında 150 sənəd imzalanıb

Bu il çoxtərəfli və ikitərəfli əsasda hüquqi sənədlərin imzalanması istiqamətində iş aparılıb. Cumhuriyyet.az xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin ilin yekunlarına dair yaydığı məlumatda qeyd olunub. Qeyd olunub ki, 2022-ci il ərzində müvafiq prosedurlara uğun olaraq, Azərbaycan–İran–Rusiya arasında 1 sənəd, Azərbaycan–Türkiyə–Türkmənistan arasında 6 sənəd, Azərbaycan–Gürcüstan–Rumıniya–Macarıstan arasında 1 sənəd imzalanıb. Bununla yanaşı, 27 ölkə […]

Azərbaycan XİN: “Bu il Gürcüstanla əməkdaşlıq sabit əsasda inkişaf edib”

“Gürcüstan ilə dostluq və əməkdaşlıq gündəliyi kifayət qədər geniş olmaqla yanaşı sabit əsasda inkişaf edib”. Cumhuriyyet.az-ın xəbərinə görə, bu, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsinin 2022-ci ilin yekunlarına dair məlumatında yer alıb. Bildirilib ki, iki dövlət arasında ali səviyyədə səfərlər baş tutub və müvafiq dövlət qurumları arasında sahəvi əməkdaşlıq davam edib. “29 […]

Kəsilmiş əl barmağının yerinə ayaq barmağı tikildi – VİDEO

Türkiyədə əl barmağı kəsilən kişinin əlinə ayaq barmağı tikilib. Cumhuriyyet.az xəbər verir ki, hadisə Konya şəhərində baş verib. Belə ki Yunus Kona adlı usta il yarım əvvəl işlədiyi tikintidə qəza nəticəsində sağ əlinin baş barmağını itirib. Həkimlər ona sol ayağının orta barmağını əlinə tikməyi təklif edib. Bununla razılaşan Kona əməliyyata alınıb. Konanın sol orta barmağı […]

Prezidentlə xanımı “Şabran” İstirahət Kompleksinin açılışına qatıldı – YENİLƏNİB + FOTOLAR

Dekabrın 29-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri Şabran rayonunda “Şabran” İstirahət Kompleksinin açılışında iştirak ediblər. Cumhuriyyet.az xəbər verir ki, dövlət başçısı, birinci xanım və ailə üzvləri kompleksdə yaradılan şəraitlə tanış olublar. Azərbaycan Respublikası Prezidentinin İşlər müdiri Ramin Quluzadə dövlət başçısına və birinci xanıma oteldə görülən işlər barədə məlumat […]

Vasif Talıbovun qardaşı VƏZİFƏDƏN AZAD EDİLDİ – FOTO

Bu gün Naxçıvan Ali Məclisinin sabiq sədri Vasif Talıbovun qardaşı, Naxçıvan Muxtar Respublikası prokurorunun müavini Məhərrəm Talıbov vəzifədən azad edilib. Cumhuriyyet.az qafqazinfo-ya istinadən xəbər verir ki, M.Talıbov öz arzusu ilə tutduğu vəzifədən azad edilərək sərəncama götürülüb. Xəbəri Baş Prokurorluğun Mətbuat xidmətindən “Qafqazinfo”ya təsdiqləyiblər.  

Photo Gallery

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Dekabr 2022
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031