İƏT ölkələrinə erməni təxribatlarından danışıldı

Azərbaycanın xarici işlər nazirinin müavini Fariz Rzayev İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Nazirlər Şurasının 49-cu sessiyası çərçivəsində Mavritaniyada təşkilata üzv olan ölkələrin nümayəndələri ilə görüşüb, onları Ermənistanın təxribatları barədə məlumatlandırıb. Bu barədə Cumhuriyyet.az-a Azərbaycan XİN-dən bildirilib. Səfər çərçivəsində nazir müavini Fariz Rzayevin Mavritaniya xarici işlər naziri Mohamed Salem Ould Merzoug, Burkina-Faso xarici işlər naziri Ragnaghnevende Olivia […]

Ərdoğan Stoltenberqlə danışdı

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan NATO Baş katibi Yens Stoltenberqlə telefon danışığı aparıb. Cumhuriyyet.az xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyası məlumat yayıb. Telefon danışığı zamanı Türkiyə lideri Finlandiyanın NATO-ya Üzvlük Protokolunun Türkiyə Böyük Millət Məclisindəki təsdiq prosesini başlatmağa qərar verdiyini bildirib. Ərdoğan Finlandiyanın mövqeyinin də İsveçdən müsbət mənada fərqləndiyini deyib.

Zəngəzur dəhlizi təhlükəsiz olacaqmı? – Sorğu

Sosial Tədqiqatlar Mərkəzi tərəfindən Naxçıvan MR-da keçirilən ictimai rəy sorğusu çərçivəsində Zəngəzur dəhlizinin gələcək təhlükəsizlik perspektivləri ictimai rəydə qiymətləndirilib. Cumhuriyyet.az xəbər verir ki, sorğu iştirakçılarının 45,6%-i nəqliyyat-kommunikasiya əlaqələrinin bərpa olunmasından sonra Ermənistan ərazisindən keçən həm avtomobil, həm də dəmir yolu ilə hərəkət etməyi təhlükəsiz və etibarlı hesab etdiyini bildirib. Respondentlərin 26,8%-i yalnız dəmir yolu ilə […]

Əsədov Dağıstan Xalq Məclisinin sədri ilə görüşdü

Martın 17-də Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov Rusiya Federasiyasının Dağıstan Respublikası Xalq Məclisinin sədri Zaur Askenderovla görüşüb. Cumhuriyyet.az xəbər verir ki, görüş zamanı Zaur Askenderovun səfərinin Azərbaycanla Dağıstan arasında qarşılıqlı faydalı əməkdaşlığın inkişafına, o cümlədən qanunverici orqanların qarşılıqlı fəaliyyətinə töhfə verəcəyinə əminlik ifadə olunub. Tərəflər Azərbaycan və Dağıstan arasında müxtəlif sahələrdə münasibətlərin inkişafını müsbət […]

Türkiyənin bu qərarını alqışlayıram – Stoltenberq

Türkiyənin Finlandiyanın NATO-ya üzvlüyünün ratifikasiyası ilə bağlı qərarını alqışlayıram. Cumhuriyyet.az xəbər verir ki, bunu NATO Baş katibi Yens Stoltenberq bildirib. Alyans rəhbəri qərarın Finlandiyanın, İsveçin və NATO-nun təhlükəsizliyini gücləndirəcəyini vurğulayıb. “Ümid edirəm ki, Türkiyə Böyük Millət Məclisi ən qısa zamanda ratifikasiya prosesini tamamlayacaq”.

Milli varlığımızın ayrılmaz parçası… – Prezident

Azərbaycan torpağında çox qədim kökləri olan Novruz bayramı əcdadlarımızın indiki nəsillərə müqəddəs yadigarıdır. Zamanın bütün sınaqlarından çıxaraq əsrlərin yaddaşında silinməz izlər qoyan bu el bayramı uzaq dövrlərdən bəri xalqımızın mənəvi dünyasının dərinliklərinə nüfuz etmiş, ənənəvi dəyərlərimizin təşəkkülündə mühüm rol oynamışdır. Cumhuriyyet.az xəbər verir ki, bu sözlər Prezident İlham Əliyevin Novruz bayramı münasibətilə Azərbaycan xalqına təbrikində […]

AZAL bu ölkəyə müntəzəm reyslər həyata keçirəcək

İyun ayından etibarən Azərbaycanın milli aviadaşıyıcısı (AZAL) Bəhreynə müntəzəm reyslər həyata keçirəcək. AZAL-dan Cumhuriyyet.az-a bildirilib ki, aviaşirkətin bu marşrutu üzrə ilk reysi iyunun 1-də həyata keçiriləcək. İlkin olaraq, uçuşlar həftədə bir dəfə – cümə axşamı yerinə yetirələcək. İyul ayından etibarən isə daha bir tezlik, bazar günləri əlavə olunacaq. Bəhreyn ağ çimərlikləri, tarixi və bir çox […]

İlham Əliyev Azərbaycan xalqını təbrik etdi

Prezident İlham Əliyev Novruz bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib. Cumhuriyyet.az xəbər verir ki, təbrikdə qeyd olunub: “Hörmətli həmvətənlər! Sizi Novruz bayramı münasibətilə ürəkdən təbrik edir, hər birinizə bahar əhval ruhiyyəsi, cansağlığı və gələcək işlərinizdə nailiyyətlər arzulayıram. Azərbaycan torpağında çox qədim kökləri olan Novruz bayramı əcdadlarımızın indiki nəsillərə müqəddəs yadigarıdır. Zamanın bütün sınaqlarından çıxaraq əsrlərin […]

Nazirlər Kabinetinin hesabatı qəbul olundu

Parlamentdə Nazirlər Kabinetinin 2022-ci ildə fəaliyyəti haqqında hesabatı qəbul olunub. Cumhuriyyet.az xəbər verir ki, hesabat Milli Məclisin bugünkü plenar iclasında deputatların müzakirəsindən sonra səsverməyə çıxarılaraq qəbul edilib. Bununla da parlamentin bugünkü plenar iclası başa çatıb.

Azenco” ASC səhmdarların ümumi yığıncağın keçirəcək

Azenco” ASC səhmdarların növbəti illik ümumi yığıncağını keçirdəcək Milliyol xəbər verir ki, toplantı 3 may 2023-cü il saat 14:00-da Mingəçevir şəhərində yerləşən Dövlət Dram Teatrının binasında baş tutacaq. Bununla bağlı Cəmiyyətin idarə heyəti qərarını açıqlayıb və toplantının gündəliyinə aşağıdakı məsələlər daxil edilib: 1. Cəmiyyətin idarə heyətinin illik hesabatı; 2. Cəmiyyətin illik hesabatının təsdiqi; 3. Cəmiyyətin […]

Photo Gallery

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2023
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031