Beynəlxalq reytinq agentliyindən Azərbaycan bankları üçün bədbin proqnoz

“Moody`s” beynəlxalq reytinq agentliyi Azərbaycanın bank sisteminin reytinqini “stabil”dən “neqativ”ə dəyişib. Bu barədə agentliyin yaydığı press-relizdə bildirilir. Azərbaycanın bank sisteminin “Moody`s” tərəfindən hazırlanan icmalına əsasən proqnozun mənfiyə doğru dəyişməsi dünya bazarlarında neftin qiymətinin aşağı olması və milli valyutaya təzyiqlərdir. Belə ki, manatın devalvasiyası nəticəsində Azərbaycan banklarının aktivlərinin keyfiyyəti azalıb, onların gəlirlilyi və fondlaşması aşağı düşüb. […]

Deputat-rektorun bankında yanğın

Şamaxıda bank binasında yanğın qeydə alınıb. APA-nın verdiyi məlumata görə, Şamaxı şəhərində “Muğanbank” ASC-nin inzibati binasının xarici divarında ümumi sahəsi 4 kv.m olan reklam lövhəsinin yanar konstruksiyaları 1 kv.m sahədə yanıb. İnzibati bina yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb. Xatırladaq ki, mətbuatda dərc olunan yazılara əsasən, “Muğanbank” “Odlar Yurdu” Universitetinin Qazaxdan deputat seçilmiş rektoru […]

Mərkəzi Bankdan kredit alanlara şad xəbər

Azərbaycan Mərkəzi Bankı (AMB) ölkə ərazisində fəaliyyət göstərən kommersiya banklarına müştərilərə verilən kreditlərin rəsmiləşdirilməsi üçün tutulan komissiya haqqının 1% həcmində məhdudlaşdırılmasına dair göstəriş verib. Report-un məlumatına görə, bu qərar artıq bu gündən qüvvədədir. Məlumata görə, AMB-nin bu qərarı nəticəsində bir çox banklar istehlak kreditləşdirilməsini müvəqqəti dayandırıb və yaxın dövr üçün fəaliyyət istiqamətlərini müəyyənləşdirmək üçün bank […]

Rəsmi xəbərdarlıq: Bu gün kompüterlərinizi 5 dəqiqəlik söndürün

Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Elektron Təhlükəsizlik Mərkəzi yeni xəbərdarlıqla çıxış edib. AzVision.az xəbər verir ki, mərkəzin xəbərdarlığında qeyd olunur ki, bildiyiniz kimi, 2015-ci ilin 30 iyun tarixində saat 23:59:59-da dünya saatının 1 saniyə irəli çəkilməsinə qərar verilib. Bu addımın atılmasında məqsəd Yer kürəsinin öz oxu ətrafında hərəkəti yavaşladığı üçün astronomik və atom saatı arasında […]

Füzuli rayonunda daha iki qəsəbəyə mavi yanacaq verildi

Füzuli rayonunun 9 və 8 №-li Qayıdış qəsəbələrinə təbii qazın verilməsi münasibəti ilə tədbir keçirilmişdir. Tədbirdə rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev, “Azəriqaz” İstehsalat Birliyinin nümayəndələri, rayonun idarə, müəssisə, hüquq mühafizə orqanlarının rəhbərləri və ictimaiyyət nümayəndələri iştirak etmişlər. Füzuli rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev açılış mərasimində çıxış etmiş, respublikamızda əhalinin təbii qaza olan təlabatını […]

Ermənistanda gərginlik: ortaya yeni Koçaryan çıxdı və şərtləri açıqladı

Polisin xəbərdarlığına baxmayaraq, erməni fəallar dünən də paytaxt İrəvanda etirazlarını davam etdiriblər. Strateq.az erməni mediasına istinadla xəbər verir ki, «Talana son!» Təşəbbüs Qrupunun fəalı Artur Koçaryan aksiyaçılar qarşısında bəyanatla çıxış edərək, artıq etirazın yeni mərhələsinə başladıqlarını vurğulayıb: «Etirazları daha geniş tərkibdə davam etdirəcəyik. İctimai müzakirə təşkil ediləcək. Hüquqşünaslardan və iqtisadçılardan ibarət qrup yaradılacaq. Paralel olaraq […]

Boz qurd işarəsi tutan Atatürk – Foto

MHP Ümumi sədrinin otağında Atatürkün boz qurd işarəsi göstərən fotoşəkil asılıb. Axar.az xəbər verir ki, bu barədə ötən həftə MHP-ni ziyarət edən “Cümhuriyyət” qəzetinin ümumi yayım rəhbəri Can Dündar məlumat yayıb: “MHP ümumi sədrinin divarında Atatürkün çox az gördüyümüz bir fotoşəkli asılmışdı. Ağ köynək geyinmiş Atatürk şəkildə əlini bozqurd işarəsi kimi tutub. Bu fotoşəkil MHP-çilərin […]

Britaniya səksəkədə: İŞİD terror planlaşdırır

“İŞİD Qərb üçün real təhdiddir”. Axar.az xəbər verir ki, bu açıqlama ilə Böyük Britaniyanın Baş naziri Devid Kemeron çıxış edib. Onun sözlərinə görə, İŞİD Böyük Britaniyada silsilə terror aktları törətməyi planlaşdırır. Qeyd edək ki, bir müddət öncə Böyük Britaniyanın Xarici İşlər naziri Filip Hammond ölkənin hərbi gücündən İŞİD-ə qarşı istifadə etməyi təklif etmişdi.

Qorxmaz Hüseynov ərtafında həbs və xəyanət burulğanı

Bəzi yüksək rütbəli məmurların tamahlarına sipər çəkməsi mümkünsüzləşib. Bu problemdən ilk növbədə əziyyət çəkənlər təbii ki, orta vəziyyətdə yaşayan geniş əhali təbəqəsidir. Son illər dövlət səviyyəsində korrupsiya və rüşvətxorluğa qarşı geniş mübarizə tədbirlərinin aparılmasına baxmayaraq, bəzi sahələrdə xoşagəlməz durum hələ də davam edir. Bildiyiniz kimi, ölkənin əsas xidmət sahələrindən biri də su təsərrüfatıdır. Əhalinin fasiləsiz […]

Qoca kişinin heyrətamiz küçə davası – “Cəncliyini söndürərəm uşaq…” (Video)

Türkiyədə baş verən bir hadisənin video görüntüləri rekord qırıb. Avropa.info xəbər verir ki, videoda  yan yoldan gələn maşının önünə çıxmasına əsəbiləşən motosiklet sürücüsünün buna  reaksiya  verdiyi  görünür. Onun bu reaksiyasını əsəbləşən  yaşlı  avtomobil sürücüsü isə qaydanı pozmasına baxmayaraq, maşınından enərək  motosiklet sürücüsünün üstünə hücum çəkir. Yaşlı qoca yaşına yaraşmayan bir şəkildə  motosiklet sürücüsünün üzərinə hücum […]

Photo Gallery

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

İyun 2015
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930