Şagirdlər sosial sahibkarlıq ideyalarının axtarışına təşviq edilib

19.04.2024 - 12:41

Bakı şəhərinin 8 №-li tam orta məktəbindəAzərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin maliyyə dəstəyilə “Yeniyetmələrin sosial sahibkarlıq təşəbbüsləri” adlı layihənin icrası yekunlaşıb…

Layihə Təhsildə İnkişaf və İnnovasiyalar üzrə VII qrant müsabiqəsiçərçivəsində həyata keçirilib.

Feso.az xəbər verir ki, layihənin icra müddəti 6 ay, məqsədi şagirdlərin sosial sahibkarlıq istiqamətində təşəbbüslərini inkişaf etdirən tədris mühitini formalaşdırmaqdan ibarət olub.

İlkin mərhələdə məktəbin 24 şagirdinin iştirakı ilə 5 gün, 40 akademik saatı əhatə edən təlim təşkil olunub. Təlim qeyri-formal təhsil metodlarıuyğun şagirdlərin fəal iştirakını, təcrübə əsasında öyrənməsini təmin edib. Təlim ərzində cütlük və qrup şəklində tapşırıqlar, fərdi və qrup araşdırmaları, şagirdlər tərəfindən hazırlanan təqdimatlar, diqqəti cəmləşdirmək üçün oyunlar ilə interaktiv formatda keçirilib. Təlimlər Sara Rəcəbli, Fərhad Abdulov və Rafət Şirəliyev tərəfindən tədris edilib.

Təlim şagirdlərin sosial sahibkarlıq ideyalarını irəli sürmə bacarıqlarının artırılmasına, irəli sürülən ideyaların təklif formasında hazırlamaq səriştələrinin formalaşdırılmasına xidmət edib.

Təlim proqramını bitirən iştirakçılar üçün müsabiqə elan edilib. Müsabiqədə iştirak üçün şagirdlər 4-5 nəfərdən ibarət kiçik qruplar bölünüb.

Müsabiqə şagirdlərin sosial sahibkarlıq təşəbbüslərinin layihələşdirilməsi məqsədilə təşkil edilib. Qrupların təqdim etdiyi sosial sahibkarlıq ideyalarını layihənin təlimçiləri və sahibkarlıq üzrə eskpert Nəzrin Mirzəyeva qiymətləndirib şagirdlər tövsiyələr verilib. Qalib olmuş 4 qrupun üzvlərinəsertifikatlar təqdim edilib və şəxsi inkişaf mövzularına dair müxtəlif kitablar hədiyyə edilib.

Yekun tədbirdə çıxış edən məktəbin direktoru, layihə rəhbəri Aytən Baxşıyeva layihənin məktəb icması üçün olduqca faydalı olduğunu və fərqli mühit yaratdığını qeyd edib. Gələcək illərdə də Elm və Təhsil Nazirliyinin şagirdlər üçün yaratdığı bu fürsətdən səmərəli şəkildə istifadə etməli olduqlarını vurğulayıb.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=200248

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

May 2024
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031