Azərbaycan təhsilində kitab vəsaiti PROBLEM

“Məktəb dərsliyinin ən ciddi problemi onun şagirdin şüur və bilik səviyyəsinə uyğun olmamasıdır”. Bu fikirləri məktəb dərsliklərinin durumu və yol verilən nöqsanlar barədə danışan təhsil məsələləri üzrə ekspert Elmin Nuri Yenicag.az-a açıqlamasında deyib. Onun sözlərinə görə, bu gün dərsliklərin dilində akademik yüklənmə, üslub qəlizliyi nəzərəçarpan dərəcədədir: “Məktəb dərslikləri ilə bağlı məsələlərə zaman-zaman təhsil ekspertləri olaraq […]

Putin gedir, Rusiya parçalanır?.. – 5 ssenari

Rusiyada keçirilən prezident seçkilərinin qalibi heç şübhəsiz Kreml rəhbəri olacaq. Yenisabah.az axar.az-a istinadla xəbər verir ki, bu barədə “Politico” nəşrində dərc olunan məqalədə bildirilib. Nəşr Vladimir Putinin yeni səlahiyyətlərinin Rusiyaya nə gətirəcəyi ilə bağlı 5 ssenari hazırlayıb. Ssenarilər Rusiyada növbəti prezident seçkilərinin keçirilməli olduğu 2030-cu ilə qədər olan dövrü əhatə edir: 1. Demokratiyanın yüksəlişi. Müharibə […]

Bakı və Parisin Gürcüstanda mübarizəsi

Azərbaycan, Türkiyə və Gürcüstan xarici işlər nazirlərinin Bakıda keçirilən 9-cu üçtərəfli görüşü, ardınca İlham Əliyevin Gürcüstanın yeni baş naziri İrakli Kobaxidze ilə görüşü üç ölkənin strateji tərəfdaşlığının dərinləşməsinə töhfə verməklə yanaşı, Cənubi Qafqazda proseslərin yönünü idarə etmək baxımından da əhəmiyyətlidir, xüsusilə Fransanın Ermənistanı silahlandırması planları fonunda. Paşinyanın Parisə, Lekornunun İrəvana səfəri, ardınca erməni baş nazirin […]

Şərqlə Qərbi birləşdirən nəhəng layihə Azərbaycandan KEÇƏCƏK – Avropaya gedən uzun yol…

Martın 11-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev Çinin Sian terminalından Bakının Abşeron stansiyasına konteyner qatarının gəlişi mərasimini videobağlantı ilə izləyiblər. Qeyd edək ki, konteyner qatarının Çinin Sian şəhərində istismara verilmiş Qazaxıstana məxsus Nəqliyyat-Logistika Mərkəzi tərəfindən yola salınması Orta Dəhlizin bütün iştirakçıları üçün böyük əhəmiyyət kəsb edir. Altmış bir konteynerdən […]

Paytaxtda mühüm diplomatik görüş – Bakı Bəyannaməsinin detalları

Regional proseslərin indiki həssas vaxtında üç ölkənin XİN başçılarının təması xüsusi əhəmiyyət daşıyır; ictimaiyyətə açıqlanması diplomatik baxımdan doğru olmayan məsələlər də var Martın 15-də Bakıda Azərbaycan-Gürcüstan-Türkiyə xarici işlər nazirlərinin 9-cu üçtərəfli görüşü baş tutub. Regional proseslərin indiki həssas vaxtında bu görüşün xüsusi əhəmiyyəti və həm ictimaiyyətə açıqlanan, həm də açıqlanması diplomatik baxımdan doğru olmaya mühüm […]

Ərdoğan Türkiyəsi Qərbi heyrətdə qoyub…

Türkiyənin KAAN qırıcı uçağı “F-16 Block 70”, “Eurofighter Typhoon”, “Rafale” və hətta “F-35”dən xüsusən hava-hava döyüş qabiliyyətinə görə xeyli üstündür. Bu, təkcə Türkiyə müdafiə sənayesinin deyil, həm də Türkiyə diplomatiyasının zəfəridir. Düşünün ki, Türkiyədən başqa bu texnologiya dünyanın yalnız 3 ölkəsində mövcuddur. Bu məqama işarə edən Almaniyanın onlayın xəbər portalı “nex24.news” belə yazmışdı: “Bu gündən […]

Ramil Usubovun Gürcüstana qəfil səfəri: “məxfi qovluq”da nələr var?

Azərbaycan Respublikasının Prezidenti yanında Təhlükəsizlik Şurasının katibi general-polkovnik Ramil Usubov Gürcüstanda səfərdədir. Fransa müdafiə naziri Sebastyan Lekornun, Yunanıstanın müdafiə naziri Nikos Dendiasın Ermənistana, Ermənistan Baş naziri Nikol Paşinyanın Fransa və Yunanıstana səfəri fonunda bu səfər diqqət çəkir. Məsələ ondadır ki, Ermənistan sürətli şəkildə silahlanır, Fransa isə bu prosesdə ona maksimum dəstəyini ifadə edir. Hətta N.Dendiasın […]

Paşinyan iqtidarı kimə sərf etmir və Rusiya onu devirməkdə niyə israrlıdır?

Regionda proseslər o qədər sürətlə dəyişir ki, nəinki proqnoz vermək, hətta baş verənləri ötəri şərh etmək belə çətinləşir. Dünənə qədər müharibə ritorikası üstünlük təşkil edirdisə, indi Qazaxın 4 kəndinin qaytarılması yönündə ciddi addımların atıldığını demək olar. Rəsmi Bakı 4 kəndin indiki mərhələdə qaytarılmasını, daha sonra isə digər 3 kəndinvə Kərkinin qaytarılmasını tələb edir. Ermənistan tərəfində […]

Maskası yırtılan İran: Tehran Azərbaycana qarşı olduğunu gizlədə bilmir

İllər ötsə, dünyada baş verən proseslər yeni xarakter alsa da İrandakı hakimiyyətin Azərbaycana münasibəti dəyişməyib. Pəhləvilər taxt-taca çıxandan sonra Rza şahın ilk işi Güney Azərbaycan türklərinə qarşı milli assimilyasiya siyasəti həyata keçirmək olub. Yer və coğrafi adlar farslaşdırılıb, türk dilində (Azərbaycan türkcəsində) danışmaq yasaqlanıb. Buna qarşı çıxanlar isə cəzalandırılıb, cərimələnib. Bu azmış kimi Güney Azərbaycanın […]

Trampın 2025-ci il layihəsi: ABŞ-də nələr dəyişəcək?

2024-cü ildə ABŞ-də baş tutacaq prezident seçkisi öncəsi ən ciddi rəqibi Co Baydeni üstələyən Donald Trampı dəstəkləyən bir sıra mühafizəkar beyin mərkəzləri 2025-ci ilə dair planlarını hazırlayıblar. “AzPolitika” xəbər verir ki, “Heritage Foundation” təşkilatının başçılıq etdiyi 70-ə yaxın beyin mərkəzi vacib hesab etdikləri dəyərləri qorumaq üçün seçkidə qalib gəlməyin kifayət etmədiyini, bunun üçün də 180 günlük “keçid planı” […]

Photo Gallery

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2024
BE ÇA Ç CA C Ş B
 123
45678910
11121314151617
18192021222324
25262728293031