Ermənilər bu yaşayış məntəqələri istiqamətinə atəş açdı

Avqustun 21-i saat 07:05-dən 07:20-dək Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələri Azərbaycan Ordusunun Xocalı rayonu istiqamətində yerləşən mövqelərinin qarşısında uzunmüddətli fortifikasiya qurğularını quraşdırmağa cəhd göstəriblər. Bu barədə Cumhuriyyet.net-ə Müdafiə Nazirliyindən məlumat verilib. Bildirilib ki, Azərbaycan Ordusunun bölmələri tərəfindən görülən təxirəsalınmaz tədbirlər nəticəsində aparılan işlər dərhal dayandırılıb. “Bundan başqa, saat 09:30-dan […]

Ermənistanın növbəti təxribatının qarşısı alındı

Avqustun 16-sı saat 09:00 radələrində Ermənistan silahlı qüvvələrinə məxsus kvadrokopter Azərbaycan Ordusunun Naxçıvan Muxtar Respublikasının Sədərək rayonu istiqamətində yerləşən mövqeləri üzərində kəşfiyyat uçuşları həyata keçirməyə cəhd göstərib. Bu barədə Cumhuriyyet.net-ə Müdafiə Nazirliyindən məlumat verilib.. Təxribatın qarşısının alınması məqsədilə bölmələrimiz tərəfindən açılan atəş nəticəsində kvadrokopter Ermənistan istiqamətində geri qayıtmağa məcbur edilib.

Kəlbəcər və Sədərək istiqamətində mövqelərimiz atəşə tutuldu

Avqustun 13-də saat 22:45-dən avqustun 14-ü saat 07:05-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Yuxarı Şorca və Dəvəli rayonunun Arazdəyən yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Kəlbəcər rayonunun Mollabayramlı və Sədərək rayonunun Heydərabad yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərini müxtəlif çaplı atıcı silahlardan fasilələrlə atəşə tutub. Bu barədə Cumhuriyyet.net-ə Müdafiə Nazirliyindən məlumat verilib. Bölmələrimiz tərəfindən […]

Xankəndidə atəş səsləri eşidildi

Xankəndidə bir şəxs şəhər meydanında odlu silahdan küçə lampalarına və havaya atəş açıb. Cumhuriyyet.net Globalinfo.az-a istinadən xəbər verir ki, həmin şəxsin bu cinayəti sərxoş vəziyyətdə törətdiyi bildirilib. Qeyd edək ki, ermənilər Qarabağda “ərzaq çatışmazlığı”, “humanitar fəlakət” şüarları səsləndirsələr də, zaman-zaman onların içki məclislərindən görüntülər yayılır.

“AzParking” əməkdaşlarına hücum edildi

Bu gündən etibarən Bakı şəhəri üzrə parklanma qaydalarında yeniliklər tətbiq olunub. Belə ki, artıq vətəndaşlar “AzParking” mobil tətbiqindən istifadə etməklə parklama üçün onlayn şəkildə ödənişlər edəcəklər. Lakin elə ilk gündən problemlər ortaya çıxıb. Cumhuriyyet.net xəbər verir ki, ekspert Elməddin Muradlı sosial şəbəkə hesabında bu barədə məlumat verib. Ekspert bildirib ki, illərdir qanunsuz olaraq parklanma üçün […]

Bakıda uşağa zorakılıq edən azyaşlılar müəyyən olundu

Sosial şəbəkələrdə azyaşlılar arasında zorakılığı əks etdirən görüntülərlə bağlı araşdırma aparılıb. DİN-in Mətbuat xidmətindən Cumhuriyyet.net-ə bildirilib ki, polis əməkdaşları tərəfindən Xətai rayonu S.Əhmədov küçəsində baş vermiş hadisə üzrə əməli törədən azyaşlılar müəyyən olunublar: “Zorakılığa məruz qalan uşaqla bağlı ekspertiza təyin edilib. Ekspertiza rəyindən asılı olaraq əmələ hüquqi qiymət veriləcək. Hazırda təhqiqat araşdırmaları davam etdirilir”.

“Qırmızı Kitab”a düşmüş zəli ovlayan şəxs cəzalandırıldı

Adı “Qırmızı Kitab”a düşmüş Şərq tibb zəlisi ovlayan şəxs cəzalandırılıb. Bu barədə Cumhuriyyet.net-ə Ekologiya və Təbii Sərvətlər Nazirliyindən məlumat verilib. Bildirilib ki, Bioloji Müxtəlifliyin Qorunması, Dövlət Ekoloji Təhlükəsizlik xidmətlərinin və Daxili İşlər Nazirliyinin Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşları tərəfindən keçirilən nəzarət tədbirləri zamanı Varvara Ovçuluq Təsərrüfatının ərazisində adı Azərbaycanın “Qırmızı Kitab”ına düşmüş Şərq tibb zəlisi […]

İki kəndin ərazisinə su doldu: sakinlər təxliyə olundu

Yuxarı Qarabağ kanalının Bərdə rayon ərazisindən keçən hissəsində yarılma baş verib. Cumhuriyyet.net Report-a istinadən xəbər verir ki, hadisə kanalın Ərəblər və Qaraqoyunlu kəndləri ərazisindən keçən hissəsində baş verib. Kanaldan təzyiqlə keçən su həmin kəndlərin bir hissəsinə dolub. Əraziyə Fövqəladə Hallar Nazirliyinin (FHN) əməkdaşları cəlb edilib. Hazırda su basmasının qarşısının alınması üçün müvafiq işlər aparılır. *** […]

Türkiyədə güclü zəlzələ oldu

Türkiyənin Konya bölgəsinin Səlcuqlu rayonunda 5 bal gücündə zəlzələ baş verib. Cumhuriyyet.net xəbər verir ki, bu barədə AFAD məlumat yayıb. Məlumata görə, yeraltı təkan yerin 7 kilometr dərinliyində qeydə alınıb. Dağıntı və tələfat barədə məlumat verilməyib.

Daha bir əsgərimiz özünü güllələdi

Azərbaycanda əsgər özünə qəsd edib. Cumhuriyyet.net Unikal-a istinadən xəbər verir ki, hadisə Laçın rayonunda qeydə alınıb. Belə ki, Qazax rayonu Daş Salahlı kənd sakini, 2004-cü il təvəllüdlü əsgər Telman Məhəmməd oğlu Eyyubov özünü güllələyərək öldürüb. Qeyd edək ki, bundan öncə Hərbi Prokurorluq Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin hərbi qulluqçusu, əsgər İlkin Elbrus oğlu Ələkbərovun […]

Photo Gallery

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Sentyabr 2023
BE ÇA Ç CA C Ş B
 123
45678910
11121314151617
18192021222324
252627282930