Deputat açıqladı: “Bu il parlament seçkiləri olacaq!”

“Hüquqi baxımdan seçkilərin keçirilməməsi üçün sadəcə 1 əsas var, o da hərbi vəziyyətin elan olunmasıdır. Bunu da elan etmək üçün heç bir əsas yoxdur. Ona görə də bu il parlament seçkiləri olacaq”. Yenisabah.az xəbər verir ki, bu sözləri millət vəkili Erkin Qədirli TV Müsavat-ın efirində qonaq olarkən deyib. Deputat bu il ərzində seçkilərin keçirilməməsi ilə […]

Müsavat qurultay çağırdı: İsa Qəmbər başqanlığa qayıdır?

Müsavat Partiyası qurultayla bağlı hazırlıqlarını başa çatdırıb. Qaynarinfo xəbər verir ki, partiya nəzərdə tutulan qurultayını may ayının 4-ə təyin edib. Bununla bağlı Musavat Məclisi aprelin 30-da qərargahda iclas keçirib. İclasda çıxış edən Məclis sədri Nüşabə Sadıqlı Musavat Partiyasının sabiq rəhbəri İsa Qəmbərin yenidən başqanlığa namizəd olması təklifi ilə çıxış edib. Çıxış edən divan üzvləri Məclis […]

Azərbaycanın İrandakı səfirliyi yenidən fəaliyyətə başlayacaq

İranın Azərbaycandakı səfirinin diplomatik missiyası başa çatıb. APA xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyindəki məlumatlı mənbə IRNA-ya bildirib. Mənbənin verdiyi məlumata görə, İran İslam Respublikasının Azərbaycan Respublikasındakı səfiri Seyid Abbas Musəvinin diplomatik missiyası başa çatıb. Bildirilib ki, mövcud razılaşmalar çərçivəsində İranın yeni səfiri Azərbaycana göndəriləcək. Mənbə eyni zamanda, onu da bildirib ki, […]

alıbovlar yenidən meydan oxuyur: Naxçıvanda nə baş verir?

Bir neçə gün əvvəl Naxçıvan Ali Məclisində qəribə bir gərginlik yaşanıb. Muxtar respublikadakı mənbələrdən Azpolitika.info-ya daxil olan məlumata görə, Ali Məclisin sabiq rəhbəri Vasif Talıbovun böyük oğlu Rza Talıbov əvvəlcədən razılaşdırmadan Prezidentin xüsusi nümayəndəsi Fuad Nəcəfli ilə görüşmək istəyib. Rza Talıbovun avtomobilinin Ali Məclisin həyətinə, özünün isə binaya buraxılması çaşqınlıq yaradıb. Buna görə hətta mühafizə […]

YAP bu deputatlarından imtina edir – ADLAR

Bu il ölkəmizdə keçiriləcək parlament seçkiləri ilə bağlı hakim Yeni Azərbaycan Partiyasının  namizədlərinin  müəyyənləşdirilməsi üçün işə başlanılıb. Belə ki, gununsesi.info-nun hökumətdəki mənbələrdən əldə etdiyi məlumata görə, ölkənin 125 seçki dairəsi üzrə hakim partiyanın namizədlərinin ilkin siyahısı  bu yaxınlarda elan ediləcək. “Milli Məclisin YAP-dan olan hazırki  deputlarının bir çoxu vahid namizədlər siyahısında olmayacaq” deyən mənbəmiz onlardan bəzilərinin adını […]

Partiya sədrləri narkotik daşıyır? – Natiq Cəfərlidən Siyavuş Novruzova reaksiya

Deputat Siyavuş Novruzov deyib ki, quru sərhədlərin açılmasını ciddi cəhdlə ortaya atan insanların, yaxud buna çağırış edənlərin bu və ya digər şəkildə narkoticarətlə bağlılıqları ola bilər. Sitat: “Ciddi şəkildə araşdırsaq, görərik ki, mənbəyi buna gedib çıxır. Həmin adamlar arasında siyasət, mətbuat nümayəndələri, ayrı-ayrı partiya rəhbərləri də ola bilər ki, onların vasitəsilə maliyyələşirlər”. Tribunainfo.az məlumat verir ki, […]

Azərbaycanın mövqeyi açıqlandı: Bakı vahid Çin siyasətini dəstəkləyir

Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Azərbaycanın həmişə vahid Çin siyasətini dəstəklədiyini açıqlayıb. Qaynarinfo xəbər verir ki, o bunu Çinin “Global Times” qəzetinə müsahibəsində deyib. “Ölkələrimiz arasında güclü siyasi əlaqələr mövcuddur. Biz həmişə vahid Çin siyasətini dəstəkləyirik. Bu yaxınlarda Çinin Tayvan bölgəsində qeyri-qanuni seçki olub və Azərbaycan bunu […]

BAXCP adını dəyişdi

BAXCP-nin adı dəyişib. Qaynarinfo xəbər verir ki, bu barədə Partiyanın növbədənkənar VII qurultayında qərar qəbul edilib. Partiyanın adı dəyişdirilərək, Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyası olub. Qeyd edək ki, növbəti mərhələdə partiya bununla bağlı Ədliyyə Nazirliyinə müvafiq qaydada müraciət edəcək.

Baş nazir Əli Əsədov parlamentə hesabat verir

Milli Məclisin iclasında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü ildə fəaliyyəti haqqında hesabatı müzakirəyə çıxarılıb. Musavat.com xəbər verir ki, hesabatı təqdim edən Baş nazir Əli Əsədov öncə bildirib ki, belə bir hesabatlılıq Hökumətlə Milli Məclis arasında səmərəli və işgüzar əməkdaşlığa böyük fayda verir. “Bu, hökumətin gördüyü işləri hörmətli millət vəkilləri ilə birlikdə müzakirə etməyə və qarşıda duran […]

“Vasif Talıbov xəstədir, evə qapanıb” – Şok açıqlama

Naxçıvan Ali Məclisinin sabiq sədri Vasif Talıbovdan uzun müddətdir ki, xəbər yoxdur. Naxçıvanın keçmiş rəhbərinin hazırki vəziyyəti ilə bağlı nə mətbuatda, nə də cəmiyyətdə konkret məlumatlar öz əksini tapır. Buna səbəb nədir? Vasif Talıbov nədən “qeybə” çəkilib? Əslən Naxçıvandan olan tanınmış jurnalist Heydər Oğuz Vasif Talıbovun hazırki vəziyyəti ilə bağlı Yenisabah.az-a danışıb. Jurnalist bildirib ki, […]

Photo Gallery

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930