Əhalinin vergi yükü azaldılacaq

Əhalinin vergi yükü azaldılacaq. Cumhuriyyet.net xəbər verir ki, bu barədə İqtisadi Şuranın vergi və gömrük qanunvericiliyi aktlarına təklif olunan dəyişikliklərə həsr olunmuş iclasında bildirilib. Qeyd edilib ki, sosial xarakterli güzəştlər vasitəsilə əhalinin vergi yükü azaldılacaq.

Azərbaycan üçün əlamətdar gündür – Millət vəkili

Azərbaycanın lokal antiterror tədbirlərinin ikinci günü “Əsrin Müqaviləsi”nin imzalanmasının 29-cu il dönümünə təsadüf edir. “Əsrin Müqaviləsi”nin imzalanması Birinci Qarabağ müharibəsindəki atəşkəsdən qısa müddət sonra reallaşdı. Ozamankı müharibədə torpaqlarının bir hissəsini itirmiş, 1 milyona yaxın qaçqın və məcburi köçkünü olan, iqtisadiyyatı tənəzzül keçirən Azərbaycan 1994-cü il sentyabrın 20-də sonradan regionun iqtisadi xəritəsini dəyişəcək bir sənədə imza […]

Azərbaycan ət idxalını 2,2% artırıb

Bu ilin yanvar-avqust ayları ərzində Azərbaycan 52 777,79 min dollar dəyərində 26 723,15 ton ət idxal edib. Cumhuriyyet.net Dövlət Gömrük Komitəsinin yaydığı məlumata istinadən xəbər verir ki, bu, həcm baxımından 2022-ci ilin 8 ayı ilə müqayisədə 573,2 ton və ya 2,2% çoxdur. Məbləğ baxımından isə illik nisbətdə 7 281,94 min dollar və ya 16% çoxdur. […]

Azərbaycanın neft məhsullarının ixracından gəlirləri 53% artıb

Bu ilin yanvar-avqust aylarında Azərbaycan 403 952,46 min ABŞ dolları dəyərində 678 402,9 neft məhsulları ixrac edib. Cumhuriyyet.net-in Dövlət Gömrük Komitəsinin dərc etdiyi göstəricilər əsasında apardığı hesablamalara görə, hesabat dövründə Azərbaycanın ixrac etdiyi neft məhsullarının dəyəri 2022-ci ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə 52,9%, həcmi isə 64,3% artıb. Xatırladaq ki, ötən il Azərbaycan 527 355,16 […]

Neftimiz cüzi ucuzlaşıb

Dünya bazarında “Azeri Light” (CIF) markalı neft cüzi ucuzlaşıb. Cumhuriyyet.net xəbər verir ki, Azərbaycan neftinin bir barelinin qiyməti 0,67 ABŞ dolları, yaxud 0,69% azalaraq 95,75 ABŞ dolları təşkil edib. Xatırladaq ki, “Azeri Light” markalı neftin bir barelinin qiyməti 2020-ci ilin aprel ayında minimal səviyyəyə düşərək 15,81 dollar olub, 2008-ci ilin iyulunda isə maksimum qiymətə – […]

“Moody’s” SOCAR-ın baza kredit balını yüksəldib

“Moody’s Investors Service” beynəlxalq reytinq agentliyi Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) baza kredit qiymətləndirilməsini (BCA) “ba3”dən “ba2”yə yüksəldib. ”Moody’s”in məlumatına görə, eyni zamanda, agentlik SOCAR-ın korporativ ailə reytinqini (CFR) “Ba1” səviyyəsində təsdiqləyib. Reytinqlər üzrə proqnoz “stabil”dir.

Vergi Xidmətinin Qarabağ üzrə şöbələri yaradıldı

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin aparatına daxil olan qurumların sayı 21-dən 24-ə çatdırılıb. Cumhuriyyet.net  xəbər verir ki, bu barədə Dövlət Vergi Xidməti məlumat yayıb. Yeni struktura görə, DVX-nin aparatına Vergi risklərinin idarə edilməsi baş idarəsi, Vergi ödəyicilərinin qeydiyyatı və uçotu baş idarəsi, Vergi ombudsmanı xidməti baş idarəsi əlavə edilib. Həmçinin aparata daxil olan İqtisadi […]

Azərbaycan nefti bahalaşıb

Dünya bazarlarında “Azeri Light” (CIF) markalı Azərbaycan nefti yenidən bahalaşıb. Cumhuriyyet.net  xəbər verir ki, Azərbaycan neftinin bir barelinin qiyməti 1,13 ABŞ dolları, yaxud 1,21% artaraq 94,63 ABŞ dolları təşkil edib. Xatırladaq ki, “Azeri Light” markalı neftin bir barelinin qiyməti 2020-ci ilin aprel ayında minimal səviyyəyə düşərək 15,81 dollar olub, 2008-ci ilin iyulunda isə maksimum qiymətə […]

Azərbaycanla Yaponiya arasında ticarət dövriyyəsi 56% artıb

2023-cü ilin yanvar-iyul aylarında Azərbaycanla Yaponiyanın ticarət dövriyyəsi 244 milyon 366 min dollar təşkil edib. Cumhuriyyet.net-in Dövlət Gömrük Komitəsinin hesabatı əsasında apardığı hesablamalara görə, bu göstəricinin həcmi 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 56.3% və ya 88 milyon dollar çoxdur. Qeyd edək ki, hesabat dövründə Azərbaycandan Yaponiyaya ixracın həcmi 0.5% azalaraq 9 milyon 792 min […]

Dövlət borcunun həcmi artıb

Hesabat dövrünün əvvəli ilə müqayisədə birbaşa xarici borc azalıb, birbaşa daxili borc isə artaraq ümumilikdə birbaşa dövlət borcunun həcminin artmasına şərait yaradıb. Cumhuriyyet.net xəbər verir ki, bu, Hesablama Palatasının “Dövlət büdcəsinin icrası barədə yarımillik məlumata xülasəsi”ndə yer alıb. Qeyd edilib ki, hesabat dövrünün sonuna ümumi dövlət borcu 16151,0 mln. manat olmaqla ÜDM-in 14,5%-nə bərabər olub, […]

Photo Gallery

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Sentyabr 2023
BE ÇA Ç CA C Ş B
 123
45678910
11121314151617
18192021222324
252627282930