Deputat nazirin bu fikrini tənqid etdi

Azərbaycanda hakimlərin sayı orta Avropa göstəricilərindən çox aşağıdır. Hakimlər həddindən artıq yükləniblər. Cumhuriyyet.net Unikal.az-a istinadən xəbər verir ki, bunu Milli Məclisdə büdcə müzakirəsi zamanı deputat Qüdrət Həsənquliyev deyib. “Mətbuatda və sosial şəbəkədə bir məsələ müzakirə olunur. Əhalinin sosial müdafiə və əmək hüquqlarını qorumalı olan hökumət üzvlərindən biri təhsillə bağlı konfransda deyib ki, Azərbaycana hüquqşünaslar yox, […]

Tarixi şərait yaranıb: sülh müqaviləsi… – Əliyev

Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılması üçün tarixi şərait yaranıb. Cumhuriyyet.net xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Şuşada keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatının Nazirlər Şurasının 27-ci iclasının iştirakçılarına ünvanladığı müraciətdə bildirib. Dövlət başçısı qeyd edib ki, Azərbaycan daim sülhün tərəfdarı və bölgədə sülh təşəbbüslərinin müəllifi olub: “Regional məsələlərin bilavasitə region ölkələrinin iştirakı ilə həll edilməsi prinsipindən çıxış […]

Təcili: Vardanyan saxlanıldı, Bakıya gətirildi – Rəsmi

Sentyabrın 27-də “Laçın” dövlət sərhədindən buraxılış məntəqəsində Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularının sayıqlığı nəticəsində ölkə ərazisinə qeyri-qanuni gələrək qondarma “dağlıq qarabağ respublikasının dövlət naziri” vəzifəsində çalışmış 1968-ci il təvəllüdlü Ruben Karleni Vardanyan Azərbaycan Respublikasından Ermənistan istiqamətində hərəkət edərkən saxlanılıb. Bu barədə Cumhuriyyet.net-ə Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən məlumat verilib. Dövlət Sərhəd Xidmətinin Çevik Hərəkət Qüvvələri […]

Antiterror əməliyyatı: Şəhidlərimizin adları – Siyahı

Azərbaycan Müdafiə Nazirliyi 19-20.09.2023-cü il tarixlərində keçirilmiş antiterror əməliyyatlarında şəhid olmuş hərbi qulluqçuların foto şəkilləri, adları, soyadları, hərbi rütbəsi və doğum tarixi haqqında məlumat təqdim edib. “Allah bütün şəhidlərimizə rəhmət eləsin! Şəhidlərimizin ruhu qarşısında baş əyirik!”, – nazirliyin məlumatında qeyd edilib. Cumhuriyyet.net antiterror əməliyyatlarında şəhid olmuş hərbi qulluqçuların siyahısını təqdim edir: Antiterror əməliyyatlarında şəhid olmuş […]

Separatçılar Yevlaxda görüşə razılaşdılar – PA

Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının təklif etdiyi kimi, Azərbaycan Respublikasının Konstitusiyası və qanunları əsasında reinteqrasiya məsələlərinin müzakirə edilməsi üçün Qarabağın erməni sakinlərinin nümayəndələri ilə 2023-cü il sentyabr 21-də Yevlaxda görüş keçiriləcək.

Abdullahian: Qarabağ Azərbaycanındır, lakin…

İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian Nyu Yorkda Ermənistan xarici işlər naziri Ararat Mirzoyanla Qarabağı müzakirə edib. Cumhuriyyet.net xəbər verir ki, bu barədə Abdullahian məlumat paylaşıb. O, erməni həmkarı ilə görüşdə tərəflərin atəşkəs razılaşmasının şərtlərinə əməl etməsinin və məsələləri dialoq yolu ilə həll etməsinin vacibliyini vurğulayıb. “İran “Dağlıq Qarabağı” Azərbaycan Respublikasının bir hissəsi hesab […]

Ordumuz antiterror əməliyyatına başladı – Təcili

Son bir neçə ayda Azərbaycanın Qarabağ bölgəsindəki Ermənistan silahlı qüvvələrinin birləşmələri tərəfindən Azərbaycan Ordusunun mövqelərinin müxtəlif çaplı silahlardan sistemli şəkildə atəşə tutulması, ərazilərimizin minalanmasının davam etdirilməsi, döyüş mövqelərinin mühəndis cəhətdən təkmilləşdirilməsi, eləcə də səngər və sığınacaqların sayının artırılması gərginliyin artmasına səbəb olub. Bu barədə Cumhuriyyet.net-a Azərbaycan Müdafiə Nazirliyindən bildirilib. Bu xüsusda, döyüş mövqelərinin şəxsi heyət, […]

Laçın və Ağdam yolları eyni vaxtda açıla bilər – Hacıyev

Azərbaycan, Beynəlxalq Qırmızı Xaç Komitəsinin Ermənistandan göndərilən ərzaq yüklərinin Azərbaycanın Qarabağ bölgəsinin erməni əhalisinə çatdırılmasını təmin etməyə hazırdır, bir şərtlə ki, eyni vaxtda da Beynəlxalq Qızıl Aypara Cəmiyyətinin Azərbaycandan göndərilən yüklərinin təyinat nöqtəsinə çatmasına icazə verilsin. Cumhuriyyet.net xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev […]

Şuşada məktəb fəaliyyətə başlayacaq – Nazir

Bu tədris ilində Şuşada məktəb fəaliyyətə başlayacaq. Cumhuriyyet.net xəbər verir ki, bu barədə elm və təhsil naziri Emin Əmrullayev yeni tədris ili ilə bağlı media üçün keçirilən brifinq zamanı deyib. Nazir qeyd edib ki, əhalinin oraya köçürülməsi plana uyğun keçirilir. “Müəllimlərin yerləşdirilməsi prosesi gedir. Məktəbin ikinci yarımildən fəaliyyətə başlaması daha real görünür. Lakin daha tez […]

Makrondan Qarabağ açıqlaması: Təzyiq edirik!

Bizim yanaşmamız bəllidir, təəssüflənirik və qınayırıq, amma artıq diplomatiyanın vaxtı deyil. Cumhuriyyet.net xəbər verir ki, bu sözləri Fransa Prezidenti Emmanuel Makron “Le Point” nəşrinə müsahibəsində jurnalistin sualına cavab olaraq deyib. “Biz həmişə demişik ki, xalqın suverenliyinin tərəfdarıyıq. “Dağlıq Qarabağ” məsələsi mürəkkəbdir. Bu mövzunun ən kəskin tərəflərinə toxuna bilmirəm. Fransa 2020-ci il müharibəsini açıq şəkildə pislədi […]

Photo Gallery

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Noyabr 2023
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
27282930