Koronavirus ermənilərin Gürcüstana dair planlarını alt-üst edib

20.03.2020 - 12:21

Salayev Kamal

AMEA-nın Qafqazşünaslıq İnstitutunun Gürcüstanşünaslıq şöbəsinin mütəxəssisi

kamalsalayev1988@gmail.com

Gürcüstanın Baş naziri Giorgi Qaxariyanın 2019-cu ilin oktyabrın 15-də Yerevana səfəri ərəfəsində təxribatçılıq fəaliyyətinə cəhd göstərmələrinə görə Epress mediasının üç erməni jurnalistinin – Yuri Manvelyanın, Tiqran Xaçaturyanın və Tiqran Akopyanın Gürcüstan sərhədçiləri tərəfindən ölkə ərazisinə buraxılmaması rezonansa səbəb olub.

Ermənistandan olan jurnalistlər iddia etmişlər ki, guya onlar Britaniyanın Müharibə və Sülh işıqlandırma İnstitutunun layihəsi üzərində işləyirlər ki, bu layihə də peşəkar jurnalistikanın imkanlarından istifadə etməklə münaqişələrdən və dəyişikliklərdən təsirlənən ölkələrdə demokratiyanın inkişafına kömək edir. Jurnalistlər guya səfər çərçivəsində Gürcüstanın fəal vətəndaşları və hüquq müdafiəçiləri ilə reportajların hazırlanmasını planlaşdırdıqlarını qeyd ediblər.

Tədqiqat nəticəsində aydın şəkildə məlum olur ki, Gürcüstanın Samtsxe-Cavaxetiya regionunda separatçı əhval-ruhiyyənin qızışdırılmasında məhz erməni jurnalistləri fəal rol oynayırlar. Bölgə əhalisinin əksəriyyətinin özlərini “qardaş” kimi qələmə verən ermənilərdən ibarət olmasına baxmayaraq erməni jurnalistləri heç bir dəfə də olsun Gürcüstan ərazisi haqqında gürcülərə xoş təəssürat bağışlayacaq bir sujet hazırlamayıblar. Əksinə, onlar daim Gürcüstanda “erməni məbədləri”nin olmasına dair əsassız iddialar irəli sürürlər. Onlar Qarabağ ssenarisini Samtsxe-Cavaxetiyada da həyata keçirməyə çalışaraq burada sonradan məskunlaşan separatçı erməniləri yerli gürcü əhalisini qovmaları üçün qiyama və kütləvi soyqırıma təhrik edirlər. Bu baxımdan mənbələrdən də aydın şəkildə məlum olur ki, erməni jurnalistləri regiona məhz yerli sakinlərlə təxribat xarakterli müsahibənin aparılması üçün göndəriliblər.

Qeyd etmək lazımdır ki, 2020-ci ilin fevralın 28-də Ermənistanın Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan öz bəyanatında, koronavirus infeksiyasının qeydə alınmasına baxmayaraq Gürcüstanla Ermənistan arasındakı sərhədlərin bağlanmayacağını qeyd etmişdi. Lakin bu proqnoz özünü doğrultmadı. Hadisələrin sonrakı gedişi ermənilərin arzusunu ürəyində qoydu.

Hazırda koronavirus xəstəliyinə görə Gürcüstana xarici vətəndaşların girişinin qadağan olunmasına dair qərarın qəbul edilməsi, ermənilərin gürcülərə dair məkrli planlarını alt-üst edib. Qəbul olunmuş qərar barəsində Gürcüstanın Baş nazirinin beynəlxalq məsələlər üzrə müşaviri İrakli Çikovani bildirib.

Belə ki, qərar Gürcüstanın Baş naziri Giorgi Qaxariya tərəfindən koronavirus infeksiyasının yayılmasına görə qəbul edilib. Bu qərar 2020-ci ilin martın 18-də qüvvəyə minib. Qərara əsasən Gürcüstan sərhədini yalnız ölkəyə qayıdan yerli vətəndaşlar və onların yaxınları keçə bilərlər. Hökumət tərəfindən belə bir addımın atılmasına səbəb isə bir tərəfdən ölkədə koronavirus xəstəliyinin yol açdığı ciddi fəsadlar olub. Belə ki, 2020-ci ilin martın 17-də koronavirusa yoluxmuş şəxslərin sayı 35 nəfərə çatıb; 1008 nəfər karantində, 64 nəfər isə stasionar nəzarətdə saxlanılıb. Gürcüstanın koronavirusla mübarizəyə həsr olunmuş StopCov adlı hökumət saytının verdiyi məlumata əsasən, hazırda koronavirusa yoluxanların sayı 38 nəfərə çatıb, 1130 nəfər karantində, 81 nəfər isə stasionar nəzarətdə saxlanılıb. Koronavirusla bağlı olaraq Tbilisidə və Gürcüstanın digər regionlarında marşrut taksilərinin fəaliyyəti qadağan olunub. Bu qərar 2020-ci ilin martın 17-də koronavirus pandemiyası ilə bağlı yaradılmış idarələrarası koordinasiya şurasının iclasında qəbul edilib. Gürcüstanın Baş naziri Giorgi Qaxariya bildirib ki, koronavirusun yayılma yollarından biri də marşrut taksiləridir. Ona görə də, şəhərdə metronun və bələdiyyə nəqliyyatının fəaliyyətinə icazə verilib. Nəqliyyatda isə hər gün dezinfeksiyanın aparılması tapşırılıb. Bundan əlavə koronavirusun yayılmasının qarşısını almaq üçün Acarıstanın yarmarkaları müvəqqəti olaraq bağlanılıb, Xopi bazarının icarəçiləri isə aprelin 1-dək vergidən azad olunublar.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=144246

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930