Erməni mediası Rusiya sülhməramlılarının gedişi haqda yazdı
Rusiya sülhməramlılarının Qarabağdan çıxarılması mərhələli şəkildə həyata keçirilir. Musavat.com-un məlumatına görə, bu barədə erməni mediası xəbər yayıb. “Ermənistan xəbərləri” – NEWS.am yazır ki, diplomatik mənbə Azərbaycan mətbuatının Rusiya sülhməramlı kontingentinin Qarabağdan çıxarılmasına başlaması ilə bağlı xəbərlərini təsdiqləyib.
“Kontingentin çıxarılması eşelonla Dağıstan vasitəsilə həyata keçirilir”, – diplomatik mənbə bildirib. Yekun geri çəkilmə vaxtı hələ açıqlanmayıb. Xəbərdə həmçinin qeyd olunub ki, Azərbaycan KİV-nin məlumatına görə, sülhməramlılar artıq Xudavəng kompleksini tərk ediblər.
O da vurğulanır ki, nə Moskva, nə də Bakı Rusiya sülhməramlı kontingentinin geri çəkildiyini rəsmən açıqlamayıb.
Short URL: http://www.cumhuriyyet.net/?p=200162