Bu gündən etibarən paytaxt Bakıda zəif və az səviyyəli geomaqnit qasırğası müşahidə olunacaq. Buna səbəb Günəşdə ard-arda baş verən güclü partlayışlar olub. Zəif səviyyəli qasırğa ötən gecə saat 00:00-dan etibarən hiss edilməyə başlayıb, səhər saat 06:00-09:00 aralıqlarında nisbətən zəifləyib. Günorta saat 12-dən müşahidə ediləcək zəif səviyyəli geomaqnit qasırğası isə saat 15:00-18:00-ə qədər bir qədər güclənəcək. […]
Apr 17 2024 | Posted in
Günün Xəbəri |
Read More »
Azərbaycanın razılığı əsasında Fransanın 25 ilə yaxın müddətdə vasitəçilik roluna baxmayaraq, bu ölkənin 2020-ci il Vətən müharibəsindən sonra açıq-aşkar anti-Azərbaycan addımları hər kəsə məlumdur. Qaynarinfo xəbər verir ki, bunu Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat katibi Ayxan Hacızadə bildirib. O qeyd edib ki, Fransa tərəfinin Azərbaycanı birtərəfli hərəkətlərdə təqsirləndirməsinə baxmayaraq, rəsmi Bakının Fransaya qarşı addımları […]
Apr 17 2024 | Posted in
Günün Xəbəri,
ÖLKƏ |
Read More »
Daxili İşlər Nazirliyinin Mətbuat xidməti Aytən Səfərovanın düşdüyü qəza ilə bağlı məlumat yayıb. Qurumun Mətbuat xidmətinin əməkdaşı İbrahim Əmiraslanlı bildirib ki, Xətai rayonunun 8 Noyabr prospekti ilə Sadıqcan küçəsinin kəsişməsində İsmayıl Məmmədovun idarə etdiyi “Hyundai İX-35” markalı avtomobillə Aytən Piriyevanın (Səfərova) idarə etdiyi avtomobil toqquşub. Nəticədə İ.Məmmədovun idarə etdiyi avtomobildə olan sərnişin Ayxan Əliyev aldığı […]
Apr 17 2024 | Posted in
Günün Xəbəri,
Olay |
Read More »
Bu gün Prezident Administrasiyasının keçmiş rəhbəri, AMEA-nın sabiq prezidenti Ramiz Mehdiyevin 86 yaşı tamam olur. “AzPolitika” məlumatlı mənbələrə istinadla xəbər verir ki, o, Almaniyada uzunmüddətli müalicə prosesindən sonra ötən ay Azərbaycana qayıdıb və hazırda bağ evindədir. Qeyd olunur ki, R.Mehdiyevin səhhəti hazırda stabil olsa da bir sıra xəstəliklərdən əziyyət çəkir və daimi həkim nəzarətindədir. Xatırladaq ki, […]
Apr 17 2024 | Posted in
Günün Xəbəri |
Read More »
Tovuz rayonunda kəşfiyyat uçuşları həyata keçirməyə cəhd göstərən kvadrokopter aşkarlanıb. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Ordumuzun Tovuz rayonunun Ağdam yaşayış məntəqəsi istiqamətindəki mövqeləri üzərində kəşfiyyat uçuşları həyata keçirməyə cəhd göstərən kvadrokopter bölmələrimizin sayıqlığı nəticəsində aşkar olunub və zərərsizləşdirilərək müsadirə edilib.
Apr 17 2024 | Posted in
Günün Xəbəri,
Olay |
Read More »
Avropada yaşayan azərbaycanlı jurnalist Xəyal Əzizbəyli PKK tərəfdarlarının hücumuna məruz qalıb. Gununsesi.info-nun məlumatına görə, hadisə Strasburqda Avropa Şurası Parlament Assambleyasının binası qarşısında baş verib. Hazırda Türkiyədə həbsdə olan PKK lideri Abdullah Öcalana azadlıq tələbi ilə aksiya keçirən şəxslərlə Xəyal Əzizbəyli arasında qısa dialoq sonradan jurnalistə hücumla nəticələnib. Jurnalistin aksiya barədə onlara verdiyi sualdan qəzəblənən PKK […]
Apr 16 2024 | Posted in
Günün Xəbəri,
Olay |
Read More »
Rusiya Silahlı Qüvvələrinin Xarkov vilayətinin Çuqev şəhəri yaxınlığındakı hədəflərə endirdiyi zərbələr nəticəsində azı yüz silahlı öldürülüb. Bu barədə Ukrayna Teleqram kanalları məlumat yayıb. Onların fikrincə, Ukrayna Dövlət Kəşfiyyat İdarəsinin rəisi Kirill Budanov dağıdılmış poliqonda ola bilər. Zərbə aprelin 15-də “İsgəndər” raketləri ilə endirilib. Rusiyayönlü KİV hərbi obyektin ərazisində irimiqyaslı yanğınlar, eləcə də təcili yardım maşınlarının […]
Apr 16 2024 | Posted in
Dünya,
Günün Xəbəri |
Read More »
Aydın Münsüf oğlu İbadov Azərbaycan Respublikası Dövlət Reklam Agentliyinin İdarə Heyətinin sədri vəzifəsindən azad edilib. Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb. Dövlət başçısının digər Sərəncamı ilə Fərhad Əsgər oğlu Adıgözəlov Azərbaycan Respublikası Dövlət Reklam Agentliyinin İdarə Heyətinin sədri təyin edilib.
Apr 16 2024 | Posted in
Günün Xəbəri |
Read More »
Ermənistanın İstintaq Komitəsi və Milli Təhlükəsizlik Xidmətinin əməkdaşları birgə istintaqı aparılan cinayət işi çərçivəsində Səhiyyə Nazirliyində və tibb mərkəzlərindən birində axtarışlara başlayıb. APA-nın “Sputnik-Armenia”ya istinadən xəbərinə görə, əməliyyat-istintaq tədbirləri komitədə konstitusiya quruluşunun dəyişdirilməsi və ictimai asayişin pozulmasına cəhd faktı üzrə araşdırılan cinayət işi çərçivəsində həyata keçirilir. Ermənistanın İstintaq Komitəsindən bildirilib ki, əməliyyatın təfərrüatları barədə əlavə […]
Apr 16 2024 | Posted in
Dünya,
Günün Xəbəri |
Read More »
Ermənistanla Azərbaycan arasında heç vaxt beynəlxalq sərhəd olmayıb, bu, sadəcə inzibati sərhəddir, buna görə də sərhədlərin delimitasiya və demarkasiyası lazımdır. Hurriyyet.az xəbər verir ki, bunu Avropa Birliyinin (AB) Ermənistandakı nümayəndə heyətinin rəhbəri Vasilis Maraqos “Joxovurd” nəşrinə müsahibəsində deyib. Onun sözlərinə görə, AB sülh prosesində fəal iştirak edir: “Brüssel Ermənistanla Azərbaycan arasında bütün mübahisələrin sülh yolu ilə […]
Apr 16 2024 | Posted in
Günün Xəbəri |
Read More »