Ramiz Mehdiyevin 86 yaşı tamam oldu – Daimi həkim nəzarətindədir…

17.04.2024 - 11:29

Bu gün Prezident Administrasiyasının keçmiş rəhbəri, AMEA-nın sabiq prezidenti Ramiz Mehdiyevin 86 yaşı tamam olur.

“AzPolitika” məlumatlı mənbələrə istinadla xəbər verir ki, o, Almaniyada uzunmüddətli müalicə prosesindən sonra ötən ay Azərbaycana qayıdıb və hazırda bağ evindədir. Qeyd olunur ki, R.Mehdiyevin səhhəti hazırda stabil olsa da bir sıra xəstəliklərdən əziyyət çəkir və daimi həkim nəzarətindədir.

Xatırladaq ki, fevralın 21-də Mərkəzi Klinik Xəstəxanada Ramiz Mehdiyevin baş nahiyəsində yaranmış problemlər müayinə olunduqdan sonra 10-a yaxın həkimin iştirakı ilə konsilium keçirilib. Həkimlər keçmiş PA rəhbərinin yaxınlarına onun müalicə üçün ölkə xaricinə aparılmasını məsləhət görüblər. Daha sonra o ailə üzvlərinin müşaiyəti ilə Almaniyaya aparılıb və klinikaların birndə bir neçə həftəlik müayinə və müalicə prosesi keçib.

Yüksək hakimiyyət postlarında olduğu zamanlardan fərqli olaraq hazırda onun doğum gününü yada salan yoxdur. Məmurlar, hakim partiya təmsilçiləri susmağa üstünlük verirlər….

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=200136

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

May 2024
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031