Sumqayıtda ərini öldürən qadın bir ildir ki, azadlıqdadır – FOTO

23.10.2017 - 18:25

Bu gün Sumqayıt Şəhər Məhkəməsində əri Namiq Məmmədovu 2 bıçaq zərbəsi ilə qətlə yetirən Xatirə Məmmədovanın məhkəməsi keçirilib.

Cumhuriyyet.net BakuPost.az-a istinadən xəbər verir ki, hakim İlyas Mahmudovun hakimliyi ilə keçən məhkəmədə Xatirə Məmmədova dinlənilib.

Növbəti məhkəmə noyabr ayının 7-nə təyin edilib.

Mərhum N. Məmmədovun atası Məhiyəddin Məmmədov isə işin gedişatından narazıdır. O, 2016-cı ilin sentyabrın 8-də baş verən hadisənin üzərindən 1 il keçməsinə baxmayaraq, qətl törədən şəxsin 1 saat belə həbs yatmadığını deyib.

M. Məmmədov iddia edir ki, Sumqayıt Şəhər Prokurorluğunun müstəntiqi Faiq Nadirov qatilə himayədarlıq edir: “O artıq müstəntiqlik yox, vəkillik edir. Cinayət Məcəlləsinin 124.1-ci maddəsi ilə cinayət işi açılıb. Guya oğlumu ehtiyatsızlıqdan öldürüb. Bu maddəni ona görə qoyublar ki, o qızı elə məhkəmədən azadlığa buraxsınlar. Heç çağırıb 1 saat belə olsa, onu içəridə saxlamayıblar”.

Zərərçəkənin atası F. Nadirovun yalanını açdığını da iddia edir: “İşlə maraqlanmaq üçün prokurorluğa getmişdim. Faiq Nadirovu gördüm. Dedim ki, içəridədir? Dedi, hə. Sözünü qüvvətləndirmək üçün də qayıdıb belə bir cümlə işlətdi: “Aybaşı olmaq nə pis şey imiş”. Mən də təəccüblə üzünə baxdım. Dedi ki, bəs aybaşı olub, özüm şəxsən ona evindən paltarlar gətizdirmişəm. Mən bu sözlərin yalan olmasına ehtimal belə vermədim. Ürəyim rahatladı ki, oğlumun qatili tutulub.

Səhər vəkilimlə də getdik. F. Nadirov soruşdu ki, siz istintaqın gedişindən razısınız? Mən də qızın tutulduğunu düşünürdüm deyə, dedim ki, hə.

Evə gələndən sonra vəkilim gecə mənə zəng elədi ki, bəs o qadın heç 1 saat da saxlanılmayıb. Şok oldum. Zəng elədim Faiq Nadirova, mənə dedi ki, mən sənə nə vaxt demişəm ki, o qadın tutulub? Bu bizə protokola müsbət imza atdırmaq üçün belə bir yalan uydurubmuş”.

Məhiyəddin Məmmədov baş prokuror Zakir Qaralovun da qəbulunda olduğunu bildirib: “Zakir Qaralovun qəbulunda oldum. Görüşdüm. Generallara dedi ki, bu işlə maraqlanın, bu işin üstündə durun. Halbuki mən o generalların hamısının qəbulunda olmuşam, sonra Qaralovun qəbuluna düşmüşəm”.

Xatırladaq ki, sözügedən cinayət hadisəsi 2016-cı ilin sentyabr ayının 8-də baş verib. Belə ki, Xatirə Məmmədova əri Namiq Məmmədovu 2 uşağının gözü önündə bud nahiyəsindən 2 dəfə bıçaqlayaraq, yaralayıb. Yaralı qonşuların köməyi ilə xəstəxanaya çatdırılsa da, ölüb.

M. Məmmədov hələ ötən il BakuPost.az-a müraciət edərək, gəlininin həbs edilmədiyini, kimlərsə tərəfindən himayə edildiyini bildirmişdi.

Həmin yazını BURADAN oxuya bilərsiniz.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=102244

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930