“Bukinist”ə maraq artıb – qiymətlərin ucuz olması oxucular üçün cəlbedicidir – VİDEO

18.11.2017 - 11:29

Bakıda bir çox yerdə köhnə və nadir kitabların satıldığı bukinist mağazaları var

Milli.Az bildirir ki, Camal Abdullayev də köhnə “Sovetski”də yerləşən tarixi yaşayış binasının blokunu bukinistə çevirib. Burada dünya klassiklərin əsərlərindən əlavə yerli ədəbiyyatımızdan da nümunələrə rast gəlmək olur.
Rəngarənliyi ilə göz oxşayan kitabların sayı 2 mindən çoxdur.
Camal Abdullayev 10 ildir ki, bukinistika ilə məşğuldur. Yəni köhnə və nadir kitabları alıb-satır.

Buradan hər cibə uyğun kitab almaq mümkündür. Alış-satışı zamanı təklif olunan qiymət kitabın çap ilinə görə müəyyən olunur.

Oxucunun əsasən ucuza qaçdığını deyən kitabçı, ikinci əl kitablara marağın çox olduğunu qeyd edir.

Burada ən qiymətli kitab 1905-ci ildə çap olunan 42 cildlik “Ensiklopediçiskiy slovar” hesab olunur. Bu kitabın 20 cildi hazırda Camal Abdullayevdə var. O, bu kitabın digər nüsxələrini gətirən olsa, onları da alacağını deyir. Qiymət də bütün cildlər tamamlandıqdan sonra müəyyənləşəcək ki, bu da bir neçə 100 manat ətrafında olacaq. /xezerxeber.az

 

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=104786

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930