BSU nümayəndəsi beynəlxalq konfransda çıxış etmişdir

07.12.2017 - 16:42

Bakı Slavyan Universitetinin təcrübə və məzunların karyera inkişafı şöbəsinin müdiri, p.ü.f.d, dosent Yaşar Alxasov Moskva şəhərində Rusiya Xalqlar Dostluğu Universitetinin (RXDU) Beynəlxalq Rus Dili və Ədəbiyyatı Müəllimləri Assosiasiyası (MAPRIAL) ilə birqə təşkil etdikləri “Bilinqvizimdən translinqvizmə doğru: lehinə və əleyhinə” adlı Beynəlxalq elmi-praktik  konfransda iştirak etmişdir. Konfransa – Azərbaycan, Çin, ABŞ, İspaniya, İtaliya, Bolqarstan, Belarus, Slovakiya, Sloveniya, Qazaxıstan, Qırğıstan, Özbəkistan, Moldova, Gürcüstan, Kipr, İran  və s. ölkələr daxil olmaqla 20-dən çox dövlətin aparıcı ali təhsil müəssisələri və elmi mərkəzlərinin təmsilçiləri qatılmışlar. BSU-nun nümayəndəsi plenar və bölmə iclaslarında çıxış edərək, Bakı Slavyan Universiteti (BSU) haqqında geniş məlumat vermiş, universitetin rəhbərliyi adından  Təşkilat komitəsinin sədri, RXDU-nun Əlavə təhsil üzrə prorektoru xanım Anjela Doljikovaya hədiyyə təqdim etmişdir.      Yeri gəlmişkən, Y.Alxasovun Azərbaycan Respublikasında bilinqivizmin formalaşması problemlərinə dair məruzəsi konfrans iştirakçıları tərəfindən maraqla qarşlanmışdır.

Plenar iclasdan sonra Y. Alxasov RXDU-nun prorektoru xanım Anjela Doljikova ilə təkbətək görüşmüş və  BSU-nun bazasında region mütəxəssisləri üçün müxtəlif dil və stajkeçmə kurslarının təşkilinə dair layihələrin reallaşması barədə razılığa gəlmişlər.

Qeyd edək ki, dünya üzrə nüfuzlu ali məktəblərin ilk 50-liyinə daxil olan bu Rusiya Xalqlar Dostluğu Universiteti 5 fevral 1960-cı ildə təsis edilmişdir. Universitetdə hazırda 152 ölkədən 27 min tələbə təhsil alır. Xatırladaq ki, universitetə dünya şöhrətli alim, riyaziyyat sahəsində akademik, 1999-2004-cü illərdə Rusiyanın təhsil naziri olmuş, hazırda Rüsiya Federasiyası Ali Attestasiya Komissiyasının sədri Vladimir Mixayloviç Filippov rəhbərlik edir.

Cumhuriyyet.net

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=106656

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930