BSU-da Dünya Azərbaycanlılarının Həmrəylik Günü Yeni il təntənə ilə qeyd olunub

27.12.2017 - 18:12

Bakı Slavyan Universitetində (BSU) 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni ilə həsr olunmuş təntənəli bayram tədbiri keçirilib.Tədbirdə universitetin professor-müəllim heyəti, tələbələr  və dəvət olunmuş mötəbər sənət adamları iştirak ediblər. Bayram tədbiri Azərbaycan Respublikasının Dövlət himninin səsləndirilməsi ilə başlayıb.

Himnin ardından çıxış edən universitetin rektoru, professor Nurlana Əliyeva bildirib ki, Dünya Azərbaycanlılarının Həmrəylik Gününün qeyd edilməsi bütün dünya azərbaycanlıları tərəfindən mənəvi ehtiyaca çevrilib. 31 dekabrın ayrı-ayrı ölkələrdə yaşayan azərbaycanlılar arasında birlik və həmrəylik yaratmaq prosesində mühüm rol oynadığını deyən rektor vurğulayıb ki, Ümummilli Lider Heydər Əliyevin bu müdrik siyasəti hər bir azərbaycanlıya başucalığı gətirir. N.Əliyeva deyib: “Dünya Azərbaycanlılarının Həmrəylik Günü bütün dünya azərbaycanlıları tərəfindən hər il təntənə ilə qeyd olunur. Ümummilli lider Heydər Əliyev tərəfindən 31 dekabr tarixinin Dünya Azərbaycanlılarının Həmrəylik Günü kimi qeyd edilməsi dünya azərbaycanlıları arasında milli birliyin daha da güclənməsinə təkan verib”. Nurlana Əliyeva bu əlamətdar günün dövlət siyasətinin mühüm istiqamətlərindən biri səviyyəsinə qaldırıldığını, soydaşlarımızın kompakt yaşadıqları ölkələrdə onların təşkilatlanması, birlik və mütəşəkkilliyinin gücləndirilməsi üçün mühüm amil olduğunu diqqətə çatdırıb. O qeyd edib ki, Prezident İlham Əliyevin yürütdüyü uğurlu daxili və xarici siyasət bu gün milyonlarla azərbaycanlını bir bayraq altında birləşdirir.

N.Əliyeva dünyada yaşayan söydaşlarımıza göstərilən diqqət və qayğı nəticəsində xaricdəki həmvətənlərimizin birlik, həmrəylik və müstəqil Azərbaycanın təbliği işinə layiqli töhfələr verdiklərini xüsusi vurğulayaraq bu istiqamətdə görülən işlər sayəsində mühüm nailiyyət və uğurlara nail olunduğunu söyləyib. Çıxışının sonunda N.Əliyeva tədbir iştirakçılarını qarşıdan gələn 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə bird aha təbrik edərək onlara bol ruzi-bərəkət, əmin-amanlıq və yeni nailiyyətlər arzulayıb.

Bayram tədbiri bədii hissə ilə davam edib. Rəngarəng müsiqi çələngi ilə çıxış edən xalq artisti Natəvan Şeyxova, tanınmış saksafon ifaçısı Rafiq Seyidzadə, müğənni, cazmen Cavan Zeynallı, xalq artisti Gülyanaq Məmmədovanın ifaları tədbirı daha da maraqlı edib. Sonra tədbir BSU-nun “Arzu” rəqs ansamblı və özfəaliyyət dərnəyinin hazırladığı rəqslər və mahnılardan ibarət konsert proqramı ilə davam edib.

Cumhuriyyet.net

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=108580

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930