Şeyx Həmzətin güllələndikdən sonra ilk görüntüləri – Lotu Quliyə “göz dağı” verdi

08.01.2018 - 17:15

Azərbaycanlı qanuni oğru Rövşən Lənkəranskinin ölümündən sonra onun bir nömrəli varisi sayılan çeçen əsilli, “Şeyx Həmzət” ləqəbli kriminal avtoritet Həmzət Qastəmirovun sui-qəsddən sonra ilk dəfə fotoları yayılıb.

GoldNews.Az xəbər verir ki, Lotu Qulinin sifarişi ilə Şeyx Həmzətə qarşı sui-qəsd təşkil edilsə də, cəhd uğursuz alınıb. Nəticədə Həmzət Qastəmirov sol əlindən və qabırğasından yaralınıb. Bir müddət xəstəxanada müalicə alan avtoritet ayağa qalxıb və yaxın ətrafını başına toplayaraq qonaqlıq verib. Sözügedən mərasimdən fotolar isə sosial mediada yayılıb.

Xatırladaq ki, Şeyx Həmzətə qarşı sui-qəsd cəhdi ötən ay baş tutub. Şeyxin türk əsilli şəxsi cangüdəni bir neçə dəfə İstanbulda olub, Lotu Qulinin yaxın adamı ətrafında olan şəxslərlə görüşüb və onlara məlumatlar ötürürmüş. Hətta pul qarşılığında ona Şeyx Həmzəti aradan götürmək təklif edilib. O isə bununla razılaşıb və yaxın vaxtlarda Şeyxi aradan götürəcəyinə söz verib.

Bunu bilən Şeyx və yaxın adamları cəld tərpənərək cangüdənlərə tərəf gediblər. Cangüdənlərdən ikisi Şeyx və adamlarının gəldiyini görüblər və bundan şübhələnərək onlara atəş açaraq qaçmağa çalışıblar. Atəş nəticəsində Həmzət Qastəmirov sol əlindən və qabırğasından, yaxın adamlarından biri isə ayağından güllə yarası alıb. Onlar Berlin şəhərindəki xəstəxanalardan birinə yerləşdiriliblər. Cangüdənlərdən biri isə qaçmağa macal tapmayıb və ələ keçirilib.

Şeyx Həmzətin güllələndikdən sonra ilk görüntüləri
Şeyx Həmzətin güllələndikdən sonra ilk görüntüləri
Şeyx Həmzətin güllələndikdən sonra ilk görüntüləri
Şeyx Həmzətin güllələndikdən sonra ilk görüntüləri
Şeyx Həmzətin güllələndikdən sonra ilk görüntüləri
Şeyx Həmzətin güllələndikdən sonra ilk görüntüləri

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=109508

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

May 2024
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031