Bakıda doğranmış qadın cinayətinin bəzi təfərrüatları

17.02.2018 - 09:51
Bakıda vəhşicəsinə qətlə yetirilmiş və cəsədi doğranaraq zibil yeşiyinə atılmış qadınla bağlı ilkin məhkəmə tibbi ekspertizasının bəzi detalları məlum olub. İstiqlal.az saytı Sputnik.az-a istinadən xəbər verir ki, bu gün səhər saatlarında Binəqədi rayonu, 8-ci mikrorayon ərazisində zibil qutusunda aşkarlanan qadın cəsədi bıçaqvə balta zərbələri ilə hissələrə ayrılıb.
Bu barədə Bakı şəhər prokurorluğundan bildirilib.
Sellofan paketlərə qablaşdırılmış qadın bədəni hissələri bu gün səhər 08:00 radələrində aşkarlanıb. Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları qatilin kimliyini araşdırır. Qətlin mənzildə baş verdiyi ehtimal olunur. Şübhə doğurmamaq üçün qatil cəsədi hissələrə bölüb və sellofan torbalara qablaşdılrıb.
Vəhşicəsinə qətlə yetirilən qurbanın 50-60 yaş arasıda olduğu müəyyənləşdirilib.
Məhkəmə tibbi ekspertizasının ilkin rəyinə görə qətl hadisəsi fevralın 15-dən 16-a keçən gecə baş verib. evralda. Qətldən dərhal sonra qatil cəsəddən qurtulmaq qərarına gəlib.
Mütəxəssislərin versiyasına görə, qatil kişi cinsinə mənsubdur. Yetirilmiş xəsarətlərə görə qatilin peşəkar qəssab olması da istisna edilmir. Qatil qadının başını bədənindən ayırıb, amma onun üz nahiyyəsinə toxunmayıb. Bu səbəbdən də onun şəxsiyyətini müəyyənləşdirmək şansı var. Amma cəsədin əlləri tapılmayıb. Görünür cani qurbanın barmaq izlərinə görə şəxsiyyətinin müəyyənləşdirilməsinin daha asan olacağını nəzərə alıb.
Faktla bağlı Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb. İstintaq davam edir.

 

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=113162

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930