Elmira Axundova: 1500 manat kompensasiya azdır

16.03.2018 - 15:21

Qəzalı vəziyyətdə olan və sökülməsi nəzərdə tutulan keçmiş “Sovetski” ərazisində və ətrafda yerləşən binalarla bağlı manatın devalvasiyaya uğradığını nəzərə alaraq, gözləmək olardı ki, hökumət kompensasiyanı bir qədər artıracaq.

Lakin hələ də əvvəlki illərdə hesablanan məbləğ təklif olunur – 1500 manat. Nəzərə alsaq ki, bu ərazilərdə kiçik həcmli evlər kifayət qədərdir, yaxşı olardı ki, onların sahiblərinə pul əvəzinə təzə tikilən binalarda hazır evlər verilsin.

Oxu.Az-ın məlumatına görə, bu təkliflə Milli Məclisin bu gün keçirilən iclasında Nazirlər Kabinetinin hesabatının müzakirəsi zamanı deputat Elmira Axundova çıxış edib.

E.Axundova bildirib ki, belə təcrübədən artıq istifadə olunub.

“Bildiyimə görə, dövlət hesabına tikilən belə evlərin 1 kvadrat metri təmirlə birlikdə 500 manata başa gəlir, yəni dövlət hər kvadrat metrdə 1000 manata qədər qənaət edə bilər. Nəticədə ölkə büdcəsində xeyli miqdarda vəsait qalacaq, həm də insanlar razı olacaqlar.

O ki qaldı nisbətən böyük evlərin sahiblərinə, yəni evinin sahəsi 60-80 kvadrat metrdən yuxarı olanlara, onlara verilən kompensasiyanın həcmi manatın inflyasiyası nəzərə alınmaqla, heç olmasa 2000 manata çatdırılmalıdır. Bu, sosial cəhətdən ədalətli olardı”, – deyən o əlavə edib.

Short URL: http://www.cumhuriyyet.net/?p=115623

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31