Bakı Slavyan Universiteti Ostrava Universiteti arasında müqavilə imzalanıb

04.04.2018 - 19:19

Aprel ayının 3-də Bakı Slavyan Universiteti ilə Çexiya Respublikasının Ostrava Universiteti arasında əməkdaşlığa dair müqavilə imzalanıb.Tədbiri giriş sözü ilə açan BSU-nun rektoru professor Nurlana Əliyeva Bakı Slavyan Universitetinin slavyan ölkələrilə sıx əməkdaşlıq etdiyini bildirib. O,  bu ölkələr sırasında Çexiyanın xüsusi yeri olduğunu qeyd edib. N.Əliyeva ERASMUS PLUS çərçivəsində hələ 2012-ci ildə Çexiyanın Respublikasının  Ostrava Universitetinin fəlsəfə fakültəsi ilə BSU arasında müqavilə imzalandığını vurğulayıb. Həmin müqaviləyə əsasən müəllim-tələbə mübadiləsi, birgə elmi nəşrlərin hazırlanması və bir sıra digər layihələr həyata keçirilib. Yeni müqavilənin isə artıq fakültə ilə universitet arasında deyil, universitetlər arasında imzalandığını bildirən rektor bu müqavilə əsasında BSU və Ostrava Universitetlərinin mübadilə üzrə doktorant hazırlayacaqlarına başlayacaqlarını deyib.

Çexiya Respublikasının Ostrava Universitetinin professoru, Slavistika kafedrasının doktoru, fəlsəfə fakültəsinin beynəlxalq əlaqələr şöbəsinin müdiri Vityezlav Vilimek isə çıxışında qeyd edib ki, təmsil etdiyi universitet gənc olmasına baxmayaraq artıq dünyanın bir çox tanınmış universitetləri ilə yaxın əlaqələr qurub. Qonaq  Bakı Slavyan Universiteti tərəfindən Çexiyada Azərbaycanşünaslıq Mərkəzinin açılması barədə qərardan məmnun olduğunu söyləyib. O, BSU  müəllimlərinin Ostrava Universitetində Azərbaycan dilini tədris etməsinin ölkələrimiz arasında münasibətlərdə yeni mərhələ təşkil edəcəyini vurğulayıb. V.Vilmek onu da bildirib ki, Bakıda olacağı bir həftə ərzində treninqlər keçirəcək.

Qonaq daha sonra İqrar Əliyevin Çexiyada çap olunmuş “Əbədi odlar yurdu” və “Ostrava Universiteti-25” adlı kitabı BSU-ya bağışlamışdır.

BSU rəhbərliyi isə Bakı Slavyan Universitetinin 70 illiyinə həsr olunmuş kitabı qonağa hədiyyə etmişdir.

Cumhuriyyet.net

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=116839

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

May 2024
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031