BSU-da Azərbaycan Plovu Günü qeyd edilib

17.04.2018 - 10:06

16 aprel 2018-ci il tarixdə Bakı Slavyan Universitetində Azərbycan Plovu Günü adlı tədbir keçirilib. Tədbirdə Ukrayna Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Aleksandr Mişşenko, Çexiya Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfirinin müavini Petr Vaqner, Belarus Respublikasının Azərbaycandakı konsulu İnessa Pavlovskaya, Rusiya Federasiyasının Azərbaycandakı səfirinin müşaviri İqor Petroviç, Ombudsman Elmira Süleymanova, AZMİU-nun rektoru Gülçöhrə Məmmədova, Hesablama Palatasının auditoru Mehriban Alışanova, Ailə, qadın və uşaq problemləri üzrə Dövlət Komitəsinin əməkdaşları Gülarə Məmmədova və Qəmər Kərimova, Trend İnformasiya Agentliyinin Baş direktorunun müavini Arzu Nağıyev, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə və digər rəsmi şəxslər iştirak ediblər.

Tədbiri BSU-nun rektoru, professor Nurlana Əliyeva açaraq qonaqları salamlayıb, tədbirin mahiyyəti barədə onlara qısa məlumat verib. O, aprelin 11-də əkeçirilmiş Prezident seçkilərinin Azərbaycan xalqının milli dövlətçilik ideyasına sədaqətini, onun siyasi aktivliyini və dövlət rəhbərinə dərin məbbətinini bir daha nümayiş etdirdiyini bildirib. N.Əliyeva deyib ki, seçkilər Azərbaycanda demokratiyanın, söz azadlığının, insan haqlarının tam bərqərar olunduğunu, xalqın müstəqil seçim hüququna hörmətlə yanaşıldığını göstərdi.  O, Ümummilli Liderin müəyyən etdiyi azərbaycançılıq siyasətinə söykənən milli dövlətçilik ideyasının ölkəmizin bütün tədris müəssislərində gənclərə aşılanmasını qarşıda duran ən vacib məsələ olduğunu bildirib. Rektor qeyd edib ki, milli ideologiyanın tərkib hissələrindən biri də xalqın mətbəx mədəniyyətidir: “Mətbəx ölkədəki ictimai-siyasi durumu, sosial-iqtisadi vəziyyəti, ölkənin rifah halını, xalqın həyat şəraitini və həyat fəlsəfəsini göstərən başlıca faktorlardandır. Dövlət başçısının xüsusi qayğı və göstərişi ilə ilboyu təşkil olunan yarmarka və kənd təsərrüfatı məhsulları sərgisi insanlarımızın keyfiyyətli və sağlam ərzaq məhsulları ilə təminatına yönəlmiş real addımlardandır”.

BSU rektoru Azərbaycan mətbəxini həm də xalqın mənəvi dəyərlərinin, qonaqpərvərliyinin, insanpərvərliyinin əsas xüsusiyyətlərindən biri kimi dəyərləndirib.  O, deyib: “Azərbaycan xalqının tarixən çox zəngin mətbəx mədəniyyəti, incə və ləziz süfrə açmaq qabiliyyəti olub. Əsirlərin dərinliklərindən gələn bu zənginlik həm də bizim qonaqpərvərliyimizin, dostsevərliyimizin və açıqürəkliyimizin göstəricisidir.  Bu gün dövlətimizin yürütdüyü səmərəli iqtisadi siyasət bu zənginliyi nəinki qoruyub saxlamağa, həm də onu artırmağa, onun növ və çeşidlərinin üzərinə yenilərini əlavə etməyə imkan verib. Xalqın yüksələn rifahı həmişə onun mətbəx mədəniyyətinin keyfiyyət və kəmiyyət göstəricilərinin yüksəlişi ilə müşaiyət olunub və bu gün də olunmaqdadır”.

Rektor Azərbaycan xalqının yaradıcı təxəyyülünün bu sahədə heç bir sərhəd tanımadığnı qeyd edib. “Adicə bir plovun görün neçə növü var- “Səbzi plov”, “Şah plov”, “Döşəmə plov”, “Fisincan plov”, “Çığırtma plov” və başqaları. Bu sıranı mən istənilən qədər artıra bilərəm. Dünyada Azərbaycan plovu qədər  dadlı bir nemət tanımıram. Əgər bu sahədə hər hansı bir beynəlxalq  müsabiqə keçirilsə inanıram ki, Azərbaycan plovu birinci yeri tutar”.

O, BSU-da Azərbaycan Plovu Gününün  qeyd edilməsinin gənclərimizdə milli mətbəximiz haqqında fikir yaratmaq, onlara milli mətbəximizi sevdirməklə yanaşı, həm də Azərbaycan məbəxini slavyan ölkələrinin xalqlarına və ümumiyyətlə, bu zəngin mədəniyyəti dünyaya tanıtmaq məqsədi daşıdığını bildirib. Rektor bu ənənənin davam etməsini arzu etdiyini də diqqətə çatdırıb. Bu məqsədlə tədbirdə Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyiniə müraciət qəbul olunub.

Tədbirdə çıxış edən Ukrayna Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Aleksandr Mişşenko, Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (Ombudsman)   Elmira Süleymanova çıxışlarında bu tədbiri Azərbaycan mədəniyyətinin təbliği istiqamətində atılan mühüm addım kimi dəyərləndiriblər.

Cumhuriyyet.net

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=117526

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930