“Həkimlərin və dərman preparatlarının telekanallarımızda reklam olunması ayıbdı”

02.05.2018 - 16:16
Bir neçə gün öncə hüquq-mühafizə orqanları Azərbaycanda saxta dərman satışı ilə məşğul olan şəbəkəni ifşa etdilər. Araşdırma nəticəsində məlum oldu ki, tez-tez telekanallarımızdakı verilişlərdən birində iştirak edən həkimlərdən  biri də həmin dərman şəbəkəsiylə əlbir olaraq saxta dərmanların satışını həyata keçirir.
Azərbaycan Tibb Universitetinin (ATU) dosenti, tibb elmləri üzrə fəlsəfə doktoru Rəşid Mahmudov Moderator.az -a açıqlamasında tibbin bu sahəsində özbaşınalıq olduğunu bildirib:
“Həkimlik  bir ixtisasdı.  Xarici ölkələrdə baş barmaqla çəçələ barmağın ayrı-ayrı həkimləri var. Bizdə isə kolxozdu. Başdan tutmuş çanaq, qabırğa, fəqərə və ayaq  xəstəliklərini travmatoloqun işi olduğunu deyirlər. Bu adam bunların hamısını bilə bilməz”.
R.Mahmudov deyib ki, həkimlərin və dərman preparatlarının telekanallarımızda reklam olunması ayıbdır:
“Həkimlərin və dərman preparatlarının telekanallarımızda reklam olunması ayıbdı. Reklam olunurlarsa, demək bunun arxasında nəsə var. Həkimlərin dərman şirkətləri ilə əlbir olması yolverilməzdir. Firamada işləyən adamlar dərman hazırlanan yerlərdə əlbir olub onun təsir gücünü azaltdırıb, ucuz qiymətə alırlar və əhaliyə satırlar. Həkimlər də bu dərmanlarla xəstələri müalicə edə bilmirlər. İndi isə özləri zirzəmilərdə dərman hazırlayırlar. Bunların qarşısı alınmalıdır. Dövlətimiz düz edib belə saxta dərman şəbəkələrini fişa edir”.
https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=118364

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

May 2024
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031