Bakıdakı məşhur paltar mağazasında müştərilər belə aldadılır – FOTO

10.05.2018 - 16:04

Müxtəlif vaxtlarda dükanların fırıldağı ilə bağlı mediada xəbərlər yer alır.

Geyim dükanlarında fırıldaqlar, əsasən, endirimlə bağlı olur. Bəzən geyimin üzərindəki etiketdə qiymətlə çekdəki uyğun gəlmir. Ya da özlərinin işinə yarayan vaxtda endirim edirlər.

Minval.info saytının elektron ünvanına gələn şikayətdə “Rodrigo” adlı tanınmış geyim mağazasında endirim fırıldağından bəhs edilir.

Göndərilən şəkildə görünür ki, müştərilər endirim adı ilə cəlb olunur, amma ortada endirim yoxdur.

Şəkli göndərən oxucumuz deyir ki, paltarı aldıqdan sonra arxasındakı etiket diqqətini çəkib: “Təsadüfən güzüm sataşdı. Etiketin üzərində iki endirim bilidirişi var idi. Diqqətlə baxanda mənə aydın oldu ki, bu bildirişlərdən biri əvvəlki endirimlə, digəri indiki endirimlə bağlı qoyulub. Əvvəlki endirimdə paltarın əsl qiyməti bir başqadır. İndikində isə paltarın əsl qiyməti daha başqadır”.

Onu da qeyd edək ki, bu tipli endirim fırıldaqlarına “Zara” geyim dükanında da rast gəlmək mümkündür.

Geyim dükanlarından bir şey alarkən həm etiketə, həm də çekdəki qiymətə nəzarət etməyi unutmayın!

 

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=118651

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930