SİQARET ÇƏKƏNLƏRİN NƏZƏRİNƏ – Ramazanda siqareti bu üsulla tərgitmək olar

23.05.2018 - 12:05

Siqaret çəkmək alışqanlığı olan insanlar üçün Ramazan ayı eyni zamanda zərərli vərdişlərindən uzaqlaşmaq üçün bir fürsətdir. Mütəxəssislər deyir ki, oruc tutmaq siqareti tərgitməyə yardımçı ola bilər. İlk günlər çətin olsa da, hər gün təxminən 12 saat ondan ayrı qalmaq orqanizminizin təmizlənməsinə gətirib çıxara bilər.
Cumhuriyyet.net xəbər verir ki, həkimlər Ramazan ayında siqaret çəkən insanları pis vərdişlərini tərgitmək uğrunda daha inadla mübarizə aparmağa səsləyib.

Oruc tutarkən siqaret çəkmək istəyini azaltmaq istəyənlər üçün bir neçə təkliflərdən faydalana bilərsiz:

Qısa bir gəzinti, mühit dəyişdirmək, həyətdə çalışmaq.

Kitab, qəzet oxumaq, sosial şəbəkələrdə gəzişmək.

Dəniz kənarında zaman keçirərək, təmiz hava qəbul etmək.

İmsakda və iftarda bol-bol su için. Ramazan ayında çoxlu su içmək siqaretin yaratdığı vərdişdən qurtulmağa kömək edir.

Mütəxəssislər iftarı açan kimi yeməkdən öncə ac qarına siqaret çəkməyi qadağan edir.

Mümkün qədər çox nanə yeyin. Siqaret çəkmək istəmirsinizsə, nanə qəbul edin.

Hər gün 1 stəkan pomidor suyu ilə vücudunuzdakı nikotin ehtiyacından xilas ola bilərsiniz.

Həkimlər iftarda çoxlu yemək yeməyin ürəyə ziyan olduğunu deyir. Bu infarkt riskini artıra bilər. Eyni zamanda yüksək təzyiq, mədə yarası, şəkərli diabetdən əziyyət çəkən şəxslərin oruc tutması tövsiyə edilmir. Bu şəxslərin ac qarına siqaret çəkməsi isə sağlamlıqları üçün ciddi təhlükə yarada bilir. (publika.az)

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=119269

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930