Uşaqların bayramı İsmayıllıda yüksək səviyyədə qeyd olunub

02.06.2018 - 15:58

Bu il uşaqlar  üçün “Günəş” istirahət Mərkəzində  1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibəti ilə bayram tədbiri  təşkil edillib. Bağça yaşlı uşaqların, müəllim və şagirdlərin iştirak etdiyi tədbirdə İsmayıllı Rayon İcra Hakimiyyəti başçısının müavini Sevil Əhmədova, RTŞ-nin müdiri Rasim Orucov, Rayon Gənclər İdman İdarəsinin rəisi Taleh Salehov, Uşaq və Ailələrə Dəstək Mərkəzinin əməkdaşları  iştirak ediblər.

Uşaqları təbrik edən RİH başçısının müavini Sevil Əhmədova uşaqlara olan dövlət qayğısından, Ümummilli liderimiz Heydər Əliyevin məqsədyönlü siyasətini uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin, habelə Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti xanım Mehriban Əliyevanın böyük diqqətindən söz açaraq, uşaq hüquqlarının təmin olunmasına mühüm əhəmiyyət verildiyini qeyd edib.

Tədbirdə iştirak edən kiçik yaşlı uşaqlar  şeir və mahnılar söyləyib, istedad və bacarıqlarını nümayiş etdiriblər.

Respublikada keçirilən bədii gimnastika üzrə yarışlarda yer tutmuş qızlara, Gənclər İdman İdarəsinin, o cümlədən tədbirdə fəal iştirak edən  şagirdlərə Rayon Gənclər İdman İdarəsinin  diplom və hədiyyələri  təqdim edilib.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=119824

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

May 2024
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031