Sonuncu diaqnostik qiymətləndirmədə iştirak edən 9 min müəllimin maaşı artırılacaq

04.06.2018 - 13:34

“26 may – 2 iyun tarixlərində keçirilmiş müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi tam başa çatıb. Diaqnostik qiymətləndirmədə 17 minə yaxın müəllim iştirak edib”.

APA-nın xəbərinə görə, bunu Təhsil Nazirliyinin İnsan resursları şöbəsinin müdir əvəzi Eşqi Bağırov deyib.

O bildirib ki, hazırda müəllimlərin nəticələri təhlil olunur: “Diaqnostik qiymətləndirmədə iştirak edən 17 min müəllimin arasında böyük əksəriyyət təkrar qiymətləndirməyə qatılıb. Onların nəticələrində artım müşahidə olunur. Geniş təhlillər hazır olduqdan sonra ictimaiyyətə əlavə məlumat veriləcək”.

E. Bağırov qeyd edib ki, qiymətləndirməyə qatılan 17 min müəllimin arasında yalnız 9 min nəfər müəllim əvvəlki illərdə müxtəlif səbəblərə görə diaqnostik qiymətləndirmədə iştirak edə bilməyib: “Qiymətləndirmədə təkrar iştirak edən müəllimlərin əvvəlki illərdə əmək haqları artırılıb. 9 minə yaxın müəllimin, hansı ki, onlar ilk dəfə qiymətləndirmədə iştirak ediblər, onların yeni tədris ilinin əvvəlindən maaşları artımla ödəniləcək”.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=119912

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930