“Özünü həyatda tapa bilməyən gənc intihar edir”

22.06.2018 - 13:49
Cəmiyyətin tez-tez rastlaşdığı hadisələrdən biri də baş verən intihar hadisələridir. Xüsusən də belə hadisələr zamanı gənclərin özünə qəsd edərək intihar etməsi insanlar tərəfindən heç də birmənalı qarşılanmır. Bəs bununla bağlı dövlət hansısa bir addım ata bilərmi? Gənclərimizi bu cür addımlardan çəkindirmək üçün nə etməliyik?
Azərbaycan Tibb Universitetinin (ATU) dosenti, tanınmış alim Rəşid Mahmudov Moderator.az-a açıqlamasında bildirdi ki, həyatda özünü tapa bilməyən gənclər bu addımı atırlar:
“Ay oğul, bu intihar hadisələrinin müxtəlif səbəbləri var. Kimisi qız sevir vermirlər, o, da  gedir özünü asır. Kimi sosial problemindən və şəraitindən asılı olaraq özünü qəsd edib intihar edir. Xüsusən də intihar edənlər gənclərdi. Özünü həyatda tapa bilməyən gənclər bu addımı atır”.
R.Mahmudov bildirib ki, bununla bağlı maariflənmə işləri aparılmalıdır:
“Bununla bağlı dövlət tərəfindən maariflənmə işləri aparılmalıdır. İnsanların özünü asması və xüsusən də gənclərin belə faciəvi şəkildə həyatlarına qəsd etməsi yolverilməzdir”.
https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=120683

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930