Daha bir bağçada körpəyə qarşı şiddət – Üzünə dağ basılıb – FOTO

23.06.2018 - 11:10

Azərbaycanda daha bir bağçada körpəyə qarşı şiddət göstərilib.

Cumhuriyyet.net qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə Feysbuk sosial şəbəkəsində məlumat və fotolar yayılıb.

Məlumata görə, hadisə Gəncə şəhərində yerləşən 31 saylı uşaq bağçasında baş verib.

Qeyd olunur ki, bağçada işləyən Gülnarə adlı müəllimə Sara adlı 1 yaş 6 aylıq körpənin üzünə dağ basıb. Valideyn uşağın bu halını görüb şikayət edərkən müəllimə deyib ki, “uşaq uşağın üzünü dişləyib, soyuq su əvəzinə isti su qoyulub deyə sifəti pis görkəmə düşüb”.

Bildirilir ki, uşağı ekspertizaya aparıblar və orada müəyyən olunub ki, üzdə olan 2-ci dərəcəli yanıqdır və dəmir alətlə olub.

“Valideyn bağçada olan kamera görüntülərini tələb etsə də, müşahidə kameralarının görüntüləri gizlədilib”, – deyə məlumatda vurğulanır.

Qeyd edək ki, iş vaxtı olmadığı üçün sözügedən bağçadan münasibət öyrənmək mümkün olmadı.

Mövzunu diqqətdə saxlayacağıq.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=120713

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930