İsmayıllıda Dövlət Qulluqçularının Peşə Bayramı günü qeyd edilib-FOTO

24.06.2018 - 15:00

Sürətli və davamlı sosial-iqtisadi inkişafın nəticəsi olaraq ölkəmizin hər bir vətəndaşı, rayonun hər bir sakini, hər bir peşə, özəl iş sahibi layiq olduğu sosial həyatı yaşamaq imkanı əldə edir. Dövlət qulluqçuların səmərəli fəaliyyəti, xalqa nümunəvi xidməti bu prosesdə böyük əhəmiyyət kəsb edir. Şərəfli, həm də məsuliyyətli peşə sahibləri – dövlət qulluqçusu adını daşıyan insanlar öz peşə bayramlarını uğurlarla qeyd edirlər.

İsmayıllıda 285 nəfər dövlət qulluqçusu çalışır. Hər biri də rayon miqyasında vəzifəsinə məsuliyyətli yanaşması, nümunəvi davranışı, ümumi inkişafa daha çox pay verməsi ilə seçilir. “Dövlət qulluğunda fərqlənməyə görə” medalı təsis edildikdən sonra   10 nəfər bu təltifə layiq görülüb.

Bayram tədbirini giriş nitqi ilə açan rayon icra hakimiyyətinin başçısı Mirdaməd Sadıqov bütün bunlardan ətraflı danışıb və iştirakçıları peşə bayramları münasibətilə təbrik edib.

Ailə və Uşaqlara dəstək mərkəzinin direktoru Lətifə Əliyeva, rayon prokuroru, ədliyyə müşaviri Ülvi Abbasov, Peşə Tədris mərkəzinin direktoru Zaur Muradov, Dövlət qulluğu veteranı Valeh Salehov, Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı rayon Komitəsinin sədri Hafiz Kərimov, YAP rayon təşkilatı gənclər birliyinin sədri Qönçə Ağazadə dövlət qulluqçularını təbrik ediblər. RİH başçısının sərəncamı ilə bir neçə nəfər dövlət qulluqçusuna növbəti ixtisas dərəcəsi, bir neçə nəfərə dövlət qulluğunda səmərəli fəaliyyətinə görə Fəxri fərmanlar verilib.

Tədbirdən əvvəl iştirakçıların bir qrupu rayon icra hakimiyətinin rəhbərliyi ilə birgə ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül dəstələri qoyublar.

Cumhuriyyet.net

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=120744

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

May 2024
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031