Musiqili Teatr 108-ci mövsümün ən yaxşılarını mükafatlandırıb-FOTO

04.07.2018 - 16:15

108-ci mövsümün yekunlaşması ilə əlaqədar olaraq Azərbaycan Dövlət Musiqili Teatrında mükafatlandırma mərasimi olub.

Teatrın mətbuat xidmətindən bildirilib ki, Əməkdar artist Pərviz Məmmədrzayev – “Ən yaxşı kişi roluna görə”, Gülnarə Abdullayeva – “Ən yaxşı qadın roluna görə”, Əməkdar incəsənət xadimi Mehriban Ələkbərzadə – “Mövsümün ən yaxşı rejissor işinə görə”, Elnarə Nağdəliyeva – “Mövsümün sevilən aktrisası”, Nicat Əli (Həbibov) – “Mövsümün sevilən aktyoru”, Gülnarə Əzizova –  “Mövsümün məhsuldar aktyoru”, Nərgiz Kərimova – “Bərpa tamaşasında uğurlu roluna görə”,  Roman Krasnov – “Mövsümün ən yaxşı balet artisti”, Təranə Əliyeva – “Mövsümün ən yaxşı xor artisti”, Yusif Hüseynov – “Mövsümün ən yaxşı musiqiçisi”, Fəridə Aslanova – “Mövsümün ən işgüzar əməkdaşı”, Hüseyn Nağıyev – “Mövsümün ən yaxşı uşaq roluna görə”, Tamilla Sadıqova – “Teatrın dostu”, Kəmalə Novruzova –  “Mövsümün ən yaxşı texniki işçisi” nominasiyaları üzrə qalib olub. Həmçinin Əsgər Əsgərovun quruluşunda  özbək yazıçısı İbrahim Sadıqovun “Molla Nəsrəddinin beş arvadı” komediyası – “Mövsümün ən yaxşı tamaşası” seçilib.

Azərbaycan Respublikasının xalq artisti Fatma Mahmudova və Əməkdar artist Almaz Ələsgərova Xalq artisti Hüseynağa Sadıqov adına “Büllur alma” mükafatına layiq görülüblər. Qaliblərə xüsusi prizlər və mükafatlar verilib.

Qeyd edək ki, bu təqdirəlayiq ənənənin əsası 3 il öncə – 105-ci teatr mövsümünün yekununda qoyulub. Mükafatın təsisçiləri Musiqili Teatr və qurumun Həmkarlar İttifaqıdır.

Cumhuriyyet.net

 

 

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=121108

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930