“Gənclər nə istəyir?”

09.09.2018 - 10:51

Azərbaycan Dövlət Musiqili Teatrında“Gənclər nə istəyir?” mövzusunda teatr rəhbərliyi ilə gənclərin ənənəvi görüş keçirilib.

Görüşdə gənc istedadların bir sıra yeni ideyaları, təklifləri dinlənilib, həlli yolları barədə müzakirələr, 109-cu mövsümdə nümayiş olunacaq yeni tamaşalar barədə ətraflı söhbətlər aparılıb. Gənclər teatr rəhbərliyi qarşısında ötən mövsümdə gördükləri işlərin hesabatını verib, yeni yaradıcılıq planları üçünsahə rəhbərlərindən məsləhətlər alıblar.

Tədbirdə baş baletmeyster, Əməkdar artist Zakir Ağayev, baş dirijor, Əməkdar incəsənət xadimi Fəxrəddin Atayev, baş xormeyester, Əməkdar artist Vaqif Məstanov, truppa müdiri, Əməkdar mədəniyyət işçisi Vidadi Həsənov da gənclərin irəli sürdüyü təkliflərlərləbağlı öz tövsiyyələrini bildiriblər.

Rejissor asistenti Elməddin Dadaşov, gənc rejissor Zaur Əliyev, balet artisti Məhəmməd Abdullayev, bəstəkar Aydan Əliyeva həyata keçirmək istədikləri yeni layihələr barədə açıqlamalar veriblər.Gənc aktyorlardan Əmrah Dadaşov, Gültac Əlilinin teatra tamaşaçı marağının artırılması istiqamətində irəli sürdükləri bəzi təkliflər bəyənilib.

Səmimi keçən görüşdə teatrının direktoru, Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Əliqismət Lalayev rəhbərlik etdiyi teatrın gənc yaradıcı heyətini yeni mövsümün başlaması münasibətilə təbrik edərək arzu və istəklərini bildirib: “Teatrımız hər zaman gənclərə xüsusi diqqətlə yanaşır, onların istedadına güvənir və etimad göstərir. Demək olar ki, teatrın cari repertuarındakı bütün tamaşalarda baş və əsas rollarda çıxış edənlərin, beynəlxalq müsabiqələrdə iştirak edənlərin əksəriyyəti gənclərdir. Gənc və istedadlı kadrların bu sənət məbədinə cəlb olunması üçün hər dəfə əlimizdən gələni edirik. Son vaxtlar kollektivə müsabiqə yolu ilə daxil olan aktyorlar, balet artistləri, musiqiçilər, hətta texniki işçilərin seçilməsində kəmiyyət deyil, keyfiyyət nəzərə alınır. Yaradıcı kollektivin heyətində əsaslı dəyişikliklər etmək, təşkil olunan teatr festivallarında gənclərin iştirakını təmin etmək çox vacibdir. Biz hər zaman istedadlı gənclərə yol açmışıq, dəstək olmuşuq. Arzu edirik ki, etibar etdiyimiz gənclər möhtəşəm səhnədə öz dəsti-xətti ilə seçilsin, ümidlərimizi doğruldaraq tamaşaçıların sevimli səhnə ustalarına çevrilsinlər”

Görüşün sonunda gənclərin təklifləri əsasında yeni tamaşaların hazırlanması üçün bədii şuraya müraciət olunması barədə qərar verilib.

Cumhuriyyet.net

 

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=122486

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

May 2024
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031