BSU-da leykemiya xəstəliyindən əziyyət çəkən uşaqlara dəstək aksiyası keçirilib

01.11.2018 - 11:07

Oktyabrın 31-də Bakı Slavyan Universitetində “Leykemiya ilə Mübarizə” İctimai Birliyinin təşkilatçılığı ilə “Leykemiya – hökm deyil” adlı xeyriyyəsərgisikeçirilib.Layihənin məqsədi leykemiya xəstəliyi (qan xərçəngi) haqqında tələbələri maarifləndirmək və bu xəstəliklə mübarizə aparan uşaqlara dəstək proqramları üçün vəsait toplamaqdır.
“Leykemiya ilə Mübarizə” İctimai Birliyi könüllüsü Fətulla Fətullayev qeyd edib ki, xeyriyyə sərgisinin təşkilatçıları həm də bədii ədəbiyyatla maraqlanan gəncləri düşünüb. Belə ki, bir çox Azərbaycan və dünya yazarlarının kitabları xeyriyyə aksiyasında sərginib. Fətulla Fətullayev bildirdi ki, “Leykemiya ilə Mübarizə” İctimai Birliyinin fəal könüllüləri arasında Bakı Slavyan Universitetin tələbələri də var. BSU könüllüləri bu cür xeyriyyə tədbirlərində fəal iştirak edərək, uşaqları və ailələrini leykemiya ilə mübarizədə tək qoymamağa, onları bu xəstəlikdən daha güclü olduqlarına inandırmağa çalışırlar.
Qeyd edək ki, xeyriyyə aksiyasındakı kitab satışından əldə olunacaq vəsait leykemiya xəstələrinə yardım məqsədilə istifadə olunacaqdır.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=124147

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930