Qızına 400 minlik toy edən Şükürov indi 10 milyon axtarır: hamamını satışa çıxardı

07.11.2018 - 11:56

Daha çox qızına 400 minlik toy etməsi ilə məşhur olan “Lifttəmir” İstehsalat Birliyinin istintaqa cəlb olunan sabiq baş direktoru Qüdrət Şükürov əmlaklarını satışa çıxarıb.

Axar.az xəbər verir ki, bu məlumatı “Yeni Müsavat” yayıb. İddiaya görə, Şükürovun satışa çıxardığı əmlaklar sırasında Ali Məhkəmənin binasının yaxınlığında yerləşən Bakının məşhur “Womans Secrets” qadın hamam kompleksi də var.

Bu hamam Bakıda olduqca bahalı işləmələrlə hazırlanmış lüks hamamlardan biri hesab edilir. Sözügedən məkanı ictimaiyyət Q.Şükürovun özündən daha məşhur qızı Aysey Şükürovanın sosial şəbəkələrdə yayımladığı videodan tanıyır.

Məlumata görə, Q.Şükürovun sözügedən əmlakını satışa çıxarmasına səbəb ona təcili olaraq 10 milyon manat lazım olması ilə əlaqədardır.

Q.Şükürov istintaqa cəlb edildikdən sonra onun əmlaklarına, çoxsaylı avtomobillərinə həbs qoyulması ilə bağlı məlumat yayılmışdı. Belə olduğu halda onun sözügedən qadın hamamını necə satışa çıxardığı sual doğurur.

Xatırladaq ki, Qüdrət Şükürov ABŞ-da başlanan korrupsiya araşdırmalarının ardından istintaqa cəlb edilib, Baş Prokurorluğun istintaq qrupu “Lifttəmir” İstehsalat Birliyində müvafiq yoxlamalara başlayıb. İstehsalat Birliyində yol verilmiş qanun pozuntuları ilə bağlı Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində cinayət işi başlanıb.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=124341

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930