Direktordan Drakona şərt: Əgər dediyi sözləri geri götürsə…

29.11.2018 - 15:49

Zeynəb Rzayeva işini doğru icra etmirdi. Davranışı və işi ilə bağlı şikayələr var idi. Müəllim və valideynlər bildirirdi bu barədə. Müəllimlərin izahatları da var. Buna görə vəzifəsində dəyişiklik etdim. Onu aşağı siniflərin direktor müavinliyindən çıxarıb, yuxarı siniflərin direktor müavinliyinə təyin etdim. Bu dəyişiklik onun maaşına təsir belə etmədi. Mən fikrimi ona bildirdikdən sonra Zeynəb xanım buna etiraz elədi. Bu haqda gedib evdə nə deyib, nə deməyibsə, qardaşı Rza Rzayevə məktəbə gəldi. Mediada yayılan görüntülər də o zaman lentə alındı.

Axar.az xəbər verir ki, bu sözləri 220 saylı məktəbin keçmiş direktor əvəzi, hazırda 175 saylı məktəbin direktoru Tural Mirzəliyev “Drakon” ləqəbli aktyor Rza Rzayevlə 10 aydır aralarında yaşanan mübahisə ilə bağlı “Yeni Müsavat”ın canlı yayımında bildirib.

Yaydığı videolardan danışan direktor qeyd edib ki, onun bu görüntüləri yaymaq fikri olmayıb:

“Mən yaydıqlarım hələ “abıra salınmış” videodur. Söhbətdən bir az sonra adam başladı şantaja. Bacısının vəzifə səlahiyyətlərində dəyişikliklər olurdu. Onlar bununla razılaşmadı deyə, bu məsələlər ortaya çıxdı. Mən pis insan idimsə niyə Rza Rzayev məni yanvar ayında kinosunun təqdimatına çağırırdı?

Mən özüm 220 nömrəli məktəbə təyin ediləndən sonra otağıma kamera quraşdırmışdım və hamıya da bildirmişdim ki, otağımda çəkiliş gedir. Başqa otaqları izləmək üçün etməmişəm ki bunu? Öz otağımda aparılan söhbətləri çəkmək üçün etmişəm ki, gələnlər də bunu bilsin və buna əsasən danışsın.

Rza Rzayev özü də bilirdi ki, otağımda kamera var. Lap tutaq ki, otaqda gizli kamera var idi. Bu zaman insan söyüşlə danışmalıdır? Mən həmin videonun tam versiyasını da verə bilərəm sizə. Siz görün Rza Rzayev orada daha nələr deyir.

İnanın ki, mən videonu yaymaq fikrində olmamışam. Mən videonu 3 quruma göndərmişəm. Polis bununla bağlı Rza Rzayevden izahat alıb. Mən dava adamı deyiləm.

Azər Həsrət məni qınadı ki, məsələni niyə ictimailəşdirib. Axı məsələni mən ictimailəşdirməmişəm. Rza Rzayev dayanmadan saytlara yalan və yanlış məlumat verirdi, şər atırdı mənə. Mən bu ittihamlara cavab olaraq məsələyə reaksiya vermişəm”.

Direktor bildirib ki, aktyorla aralarındakı mübahisə 10 aydan çoxdur davam etsə də, indiyə qədər Rza Rzayevlə bağlı məhkəməyə müraciət etmək fikrində olmayıb. Ancaq təhqirlər atdığı üçün o, ötən ay məhkəməyə müraciət edib:

“Qarşı tərəf qadındır, Zeynəb Rzayeva. Mən onun adını çox hallandırmaq istəmirəm. Zeynəb xanım məktəbdə keçirilən ümumi iclasda da bildirdi ki, qardaşım Rza məndən kiçikdir, onun dedikləri ilə razı deyiləm, məndən balacadır, səhv edib, qələt edib. Bu çıxışın lent yazısı da var. Çünki mən bütün iclasları görüntülü halda keçirirəm ki, sonradan problem yaranmasın.

10 aydır durmadan təhqir və təhdid olunuram. Psixoloji olaraq zərbə alıram, özüm və ailəm təhdid olunur. Mən başqa məktəbə keçdim. Ancaq Rza Rzayev məndən əl çəkmədi.

Məni müdafiə etdiklərinə görə Rza Rzayevlə məhkəməlik olan valideynləri müdafiə üçün getdiyim məhkəmədə Rza deyir, sənin burada nə işin var? Mən onlara dəstək üçün orda idim. Bakı Şəhər Təhsil İdarəsindən buna görə icazə də almışdım. O valideynlər məni müdafiə etdikləri üçün məhkəməlik olduqlarına görə vicdan əzabı çəkirəm.

Son iki məhkəmə prosesinə isə sırf vəkilin dəvəti ilə getmişəm, şahid qismində. Rza Rzayev söyüş söyürdü məhkəmənin qarşısında. Sonuncu dəfə isə lap pis və yüksək səslə söydü. Mən ona yaxınlaşıb sadəcə dedim ki, bəsdir, qadınlar var, ayıbdır. Məni şərləyir ki, ona qarşı söyüş söymüşəm. Mən Rza Rzayevin dediyi sözlərə qarşılıq olaraq “dediklərin özünə aiddir” cavabı vermişəm. Mənim həyat yoldaşım da orada olub. Yoldaşımı da məhkəməyə verib”.

T.Mirzəliyev onu ancaq FETÖ-çuların müdafiə etməsi ilə bağlı deyilənlərə də aydınlıq gətirib. Həmçinin bildirib ki, bu məsələnin üstündən ancaq aktyorun atdığı böhtanları götürməsindən sonra keçə bilər:

“Mən Qafqaz Universitetində işləmişəm. Orada çoxlu tələbəm, müəllim dostlarım var. Bu gün təbii olaraq məni müdafiə edənlərin çoxu da oranın tələbələri, müəllim heyətidir. Bu məgər o deməkdir ki, məni müdafiə edənlər FETÖ-çudur? Hamısı dəyərli tələbələrim, müəllim dostlarımdır.

Mən bu məsələnin üstündən bir şərtlə keçə bilərəm. Rza Rzayev atdığı şərlər, dediyi sözləri geri götürsün. Əvvəl elə fikirləşirdim ki, yəqin bacısı gedib evdə hadisəni düzgün danışmayıb, fikrini düz izah etməyib, qardaşı Rza Rzayev də gənc oğlandır, səhv başa düşüb və əsəbiləşib gəlib. Ancaq sonra gördüm mən ona hər şeyi izah etsəm də, o, əməlindən, təhqir və təhdidindən əl çəkmir. Daha da çirkinləşir, kobudluq edir. Mən onun ailəsinə, böyüklərinə də müraciət etmişəm”.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=125074

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930