WhatsApp-da yeni funksiyalar olacaq
WhatsApp istehsalçıları ismarışlar barədə əlavə məlumat toplaya biləcək və spam olub olmadığı barədə yoxlama apara biləcək yeni funksiyanı test edirlər. Trend-in məlumatına görə, funksiya “yönləndirmə haqqında məlumat” adlanır.
Daha bir funksiya isə bundan ibarətdir: 4 dəfədən artıq yönləndirilən ismarışlar xüsusi simvolla qeyd olunacaq. İstehsalçılar bu funksiyanı tez-tez yönləndirilən ismarışları müəyyən etmək üçün əlavə ediblər.
Short URL: http://www.cumhuriyyet.net/?p=127495