Əliqismət Lalayev: “Fəxr edirik – Biz 10 milyonuq!”

10.04.2019 - 17:03

Azərbaycan Dövlət Akademik Musiqili Teatrının direktoru, Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Əliqismət Lalayev 10 000 000-cu Azərbaycan vətəndaşının dünyaya gəlişindən sevinc hisslərini oxucularla bölüşüb: “Azərbaycanda on milyonuncu vətəndaşımızın həyata gəlməsi qürurverici hadisədir. Bəli, biz artıq on milyonuq! On milyon o deməkdir ki, Azərbaycanın səsi bundan sonra bir az da gur eşidiləcək. Azərbaycanın səsi bundan sonra daha yüksəklikdən gələcək. Uşağın valideynləri körpəyə adı kimi hər kəsə doğma və mehriban olan, insanlarımızın xoşbəxtliyi üçün yorulmadan çalışan Mehriban xanımın adını qoyublar. Qoy, bu körpə ona verilən ada layiq olsun! Düşünürəm ki, zaman gələcək, biz bu adı daşıyan körpələri daha çox görəcəyik. Ona görə ki, bu adın daşıyıcısı gözəl niyyətli insandır. Xoş gəldin, balaca! Xoşbəxt ol, on milyonuncu soydaşımız! Sənin gəlişin Azərbaycana böyük sevinc gətirdi. Gün o gün olsun ki, sənin əməllərin də Azərbaycanımıza başucalığı gətirsin!

Həzrəti Məhəmmədin bir kəlamı var: insanın boynuna düşən borclardan ən mühümü- ailə qurması, dünyaya övlad gətirməsi və o övladları da hərtərəfli yetişdirməsi, əxlaqlı tərbiyə etməsidir. Uzun illər, gənc ailələr bir-iki uşaqla kifayətlənməli olurdu. Amma indi hər evdə 3-4, hətta daha çox uşaqlar dünyaya gəlir. Bu o deməkdir ki, Azərbaycanda stabil həyat tərzi hökm sürür, xalqımızın rifahı gündən-günə yaxşılaşır.

Ölkəmizin hər yerində, müxtəlif məkanlarda 10 000 000-cu vətəndaşımızın dünyaya gəlişinə həsr edilən sevinc dolu şənliklər təşkil edildi. Bu hadisəyə ürəkdən sevinən insanlar, sənət adamları xalqımızın bu şadlığını ürəklə paylaşdılar. Burada heç bir qəribəlik yoxdur. Ailənin qurulmasına, artımına necə seviniriksə, millətimizin, xalqımızın çoxalmasına da ikiqat sevinməliyik. Ailə sənin-mənimdir, amma, xalqın, millətin artımı – Vətən üçündür, Torpaq üçündür. Artıq 10 milyonu keçdik. Tanrı millətimizi qorusun! Doğulan hər uşaq millətin adını ucaldaraq şəxsiyyət kimi formalaşsın – Vətənə, torpağa sahib olmağı bacarsın, öz dövlətinə layiq olsun! Arzu edək ki, bu balaca Mehriban dədə-baba yurdunda – Qarabağda öz ad günlərini qeyd etsin! Orada məktəbə gedib təhsil alsın. Cıdır düzündə ağ atlı şahzadəsinə murad versin. Onda biz yəqin ki, daha çox olacağıq. Bu gün isə fəxrlə deyirik: “Biz 10 milyonuq!”

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=127804

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2024
BE ÇA Ç CA C Ş B
 123
45678910
11121314151617
18192021222324
25262728293031