Moskvadakı dəhşətli təyyarə qəzasına dair ilginc faktlar

07.05.2019 - 12:35

Mayın 5-də  axşam saatlarında Moskvadan Murmanska uçan “Aeroflot” Hava Yollarının “Sukhoi Superjet 100-95″ təyyarəsi qəzaya uğrayıb. Rusiyanın Səhiyyə Nazirliyi bildirib ki, qəza nəticəsində 41 nəfər ölüb, 37-si sağ qalıb. Nazirlik qeyd edib ki, 9 nəfər xəstəxanaya yerləşdirilib. Daha 14 sərnişinə isə tibbi yardım göstərilib.

Azərbaycan Xarici İşlər Nazirliyinin məlumatında bildirilib ki, Şeremetyevo qəzasında ölənlər və yaralananlar arasında Azərbaycan vətəndaşı yoxdur. Təyyarənin yanmasına səbəb kimi ilkin versiya  olaraq ildırım vurma faktı irəli sürülüb.

Rusiya Federasiyası Prezidenti yanında Aviasiya İnstitutunun komissiya üzvü Yuri Sytnik hadisədən sonra sərnişinləri “Sukhoi Superjet 100″ (SSJ-100) təyyarələrinə bilet almaqdan imtina etməyə çağırıb. Y.Sytnik dəfələrlə bu təyyarələrin istifadəyə yaramadığını xatırladıb: ”Gözlərinizi açın və “Superjet”ə bilet almayın… Sanki insanlar öz pulları ilə öz ölümlərinə bilet alırlar”.

Dövlət Duması Nəzarət Komitəsinin sədr müavini Mixail Romanov isə hazırda istifadəyə verilmiş bütün “SSJ-100″ seriyalı təyyarələrin təcili şəkildə yoxlanılmasını və istintaq komitəsinin işi başa çatana qədər bütün uçuşların dayandırılmasını tələb edib. O, baş prokurora istintaqın gedişinə ciddi yanaşmağı, xüsusi diqqət yetirməsini diktə edib. Bütün bunlarla bərabər rəsmi şəkildə təyyarələrdən imtina edilməsi açıqlanmayıb.

Təyyarədən sağ çıxan sərnişin Dmitriy Xlebuşkin jurnalistlərə deyib ki, təyyarəni ildırım vurub. O, ağ işıq partlayışı gördüyünü deyib. Sərnişin “Aeroflot” Hava Yollarının qəza reysində onlara qarşı olan münasibətindən narazılığını bildirib. Məlumatlarda qeyd olunur ki, havaya qalxdıqdan sonra təyyarənin yerlə radioəlaqəsi itib və bundan sonra təyyarə yanacaq dolu çəni ilə yerə enməyə məcbur olub…

Hadisə ilə bağlı digər məlumatlara keçməzdən öncə, qəzaya düşən təyyarənin nə zaman istehsal edildiyinə nəzər salaq. Təyyarə haqqında məlumatlarda qeyd edilir ki, “SSJ 100″, 75-95 sərnişin daşıya bilən ”fly-by-tel” sistemi ilə çalışan müasir bir regional jetdir. 19 may 2008-ci ildə ilk uçuşunu edən təyyarə İtalyan “Finmeccanica” ilə birgə Rusiyada hərbi təyyarə istehsal edən “Sukhoi” şirkətinin mülki aviasiya şöbəsi tərəfindən istehsal olunur. “Finmeccanica” “Sukhoi” Mülki Aviasiya İdarəsində 25% iştirak edir. İndiyə qədər də təyyarənin qəza hadisəsi olub. Belə ki, 9 may 2012-ci ildə İndoneziyada 6200 feet yüksəklikdə təyyarə radarlardan itib. Daha sonra qəzaya uğrayıb və 44 sərnişin həlak olub. Təyyarənin qiymətinin 27,8 milyon ABŞ dolları olduğu bildirilir .

Moskvada tÉyyarÉ ile ilgili görsel sonucu

Bəs təyyarə necə alışır?

İlk olaraq qeyd edək ki, kənardan sadə görünən təyyarələr əslində çox incə bir mexanizm əsasında fəaliyyət göstərir. Bu mexanizmdə hansısa kiçik bir detalda yaranmış nasazlıq böyük faciələrə yol aça, təyyarənin uçuş yönünü dəyişə bilər. Xüsusilə də indiyədək təyyarə mühərriklərində, qanadlarda yaranmış problemlərin sonu ağır faciələrlə nəticələnib. Təyyarələr əsasən enmə və qalxma zamanı qəza törədir. Vaxtından tez enmə zamanı təyyarənin ağırlığı, yanacağın miqdarı çox önəmlidir. Əgər yanacaq müəyyən olunmuş səviyyədən artıqdırsa, təyyarələr yerlə təmas zamanı partlaya bilər. Yanğın adətən haqqında yazdığımız hadisədə olduğu kimi quyruq hissədən başlayır. Ona görə də təyyarələrdə ön hissə daha təhlükəsiz sayılır və bu hissənin biletlərinin qiyməti də digərlərindən fərqlənir. Təyyarələrin məcburi eniş etməsi zamanı yanacağını atması əsas şərtdir. Bunun üçün müasir təyyarələrdə xüsusi qurğular var ki, onlar yanacağı boşaldır, təyyarənin normal çəkidə enməsini təmin edir. Lakin bu sistemlər baha olduğu üçün hər təyyarəyə quraşdırılmayıb. Qeyd etdiyimiz sistemə sahib olmayan təyyarələr yanacağı azaltmaq üçün adətən enəcəkləri ətrafda dairəvi uçuş edirlər. Yalnız yanacaq yanıb, çəki azaldıqdan sonra eniş edirlər.

Moskvada tÉyyarÉ ile ilgili görsel sonucu

Moskvada baş verən hadisə ilə bağlı danışan sərnişinlərin iddialarına görə, qəzaya düşən təyyarə dolu çənlə yerə eniş təhlükəli olsa da, Moskva üzərindən manevr edərək yanacağı azalda bilməyib. Çünki bu hal da təhlükəli hesab edilib. Ehtimal edilir ki, təyyarənin quyruq hissəsindəki sərnişinlərin ölümü bir neçə sərnişinin əşyalarını götürmək cəhdləri ilə bağlı ola bilər.

Videogörüntülərdə görünür ki, insanlar təyyarəni əşyaları ilə birgə tərk edir. “Aeroflot” Hava Yollarının nümayəndəsi Maksim Fetisov deyib ki, təxliyyənin norması 90 saniyə olsa da, 55 saniyəyə başa çatıb. Təhlükəsizliklə bağlı məlumatlarda qeyd edilir ki, təyyarə yanan zaman sərnişinlər çıxış nöqtələrinə yaxınlaşmalı, əşyalarını götürməli deyillər.

Onu da qeyd edək ki, 2016-cı ildə Rusiyada bu uçaqların bütün uçuşları bir müddət dayandırılıb. Buna səbəb isə təyyarənin quyruq hissəsində metal ağırlığının tapılması olub. O zaman istehsalçı şirkət açıqlama verərək bildirib ki, quyruq hissədə aşkarlanan metal ağırlığı ciddi qəzalara səbəb ola bilməz. Ancaq buna baxmayaraq, təyyarələr yenidən yoxlanılacaq.  Məlumat üçün onu da qeyd edək ki, bu təyyarə istehsal olunduqdan sonra  19 hava yolu şirkətindən 215 sifariş alınıb. Lakin onlardan bəziləri sonradan təyyarəni almaqdan imtina ediblər.

Moskvada tÉyyarÉ ile ilgili görsel sonucu

Təyyarəni ildırım vura bilərmi?

Yuxarıda da qeyd etdiyimiz kimi, qəzanın baş vermə səbəbinin ildırım vurması göstərilir. İldırım vurması nəticəsində adətən təyyarələrə heç bir zərər dəymir. Lakin əksi də baş verə bilir və təyyarə zədələnərək təcili eniş etməli olur. 1988-ci ildən sonra  təyyarələri ildırımın təsirindən qorumaq üçün müxtəlif müdafiə üsulları hazırlanıb. Təyyarələrin elektriklə yüklənmiş buludların arasından keçdiyi zaman da şimşək çaxması hadisəsi baş verə bilir. İldırım ilk olaraq təyyarənin burun və qanad ucları kimi hissələrini vurur. İldırımın təyyarəyə təmas etdiyi nöqtənin ətrafında, havadakı molekulların ionlaşması səbəbi ilə bir parlama görünə bilər. İldırım xətti boyunca hərəkət edən elektrik yüklü hissəciklər daha sonra təyyarənin keçirici xarici səthi boyunca irəliləyər və təyyarənin iti olan başqa bir hissəsindən çıxar. Təyyarələrin üst hissəsi adətən yüksək elektrik keçiriciliyi olan alüminiumdan hazırlanır. Səbəb elektriki ötürmək, gövdəni zərərdən qorumaqdır. İldırım vurması zamanı təmas nöqtəsi əriyə, yana bilər. Bu zədənin dərinliyi isə 1 mm-dən çox deyil. Lakin ildırım təyyarəyə verəcəyi ən qorxulu zərər yanacaq sistemi ilə bağlıdır. Belə ki, yaranan qığılcımdan təyyarənin yanacağı alovlana bilər. Bu səbəbdən də yanacaq bakı və təyyarənin firinqləri qığılcıma qarşı xüsusi forma və materiallardan hazırlanır.

Bütün müdafiə sistemləri təyyarə havaya qalxmazdan öncə yoxlanılır və sınaqdan keçirilir.  Bunlara təyyarənin gövdəsi və şimşək simulyasiyalarının daxili hissələri də daxildir. Onu da qeyd edək ki, təyyarəni ildırım vuran zaman bunu sərnişinlər də hiss edə bilirlər. Belə ki, bu zaman parlaq işıq görünə, səs eşidilə bilər./“Yeni Müsavat”/

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=128100

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930