IX sinfi bitirən şagirdlərdən dini biliyə malik olmaq tələb ediləcək

06.08.2019 - 20:32

Azərbaycanda ümumi orta təhsil səviyyəsini (IX) başa vuran şagirdlər mənəvi-əxlaqi dəyərlərin formalaşmasında dinlərin rolunu şərh edə bilməlidir.

APA-nın məlumatına görə, bu, Təhsil Nazirliyinin ictimai müzakirəyə çıxardığı “Azərbaycan Respublikasında ümumi təhsilin dövlət standartları” layihəsində əksini tapıb.

Sənədə əsasən, ümumi orta təhsil səviyyələrində tədris edilən “Ümumi tarix” fənni üzrə təlim nəticəsində şagird tarixi dövrləri müqayisə etməli və dəyərləndirməli, ayrı-ayrı dövlətləri bəşər mədəniyyətinin inkişafındakı roluna görə fərqləndirməli, mənəvi-əxlaqi dəyərlərin formalaşmasında dinlərin rolunu şərh etməlidir.

Qeyd edək ki, Nazirlər Kabinetinin “Ümumi təhsil pilləsinin dövlət standartı və proqramları (kurikulumları)”nın təsdiq edilməsi haqqında” 3 iyun 2010-cu il tarixli qərarında ümumi orta təhsil üzrə ümumi təlim nəticələri sırasında bu tələb əksini tapmayıb.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=131765

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930