Azərbaycanda daha bir ana ÖLÜMÜ
Goranboyda ana doğuş zamanı ölüb.
APA-nın yerli bürosunun məlumatına görə, hadisə Goranboy Rayon Mərkəzi Xəstəxanasının doğum şöbəsində baş verib.
22 yaşlı rayon sakini Quliyeva Əfsanə Əfqan qızı doğuş zamanı həyatını itirib. Doğuş zamanı Ə. Quliyevanın qız övladı dünyaya gəlib.
Ana ölümünün səbəbləri məlum deyil.
Faktla bağlı araşdırma aparılır.
Short URL: http://www.cumhuriyyet.net/?p=132604