“Buyurub müzakirəyə çıxarsınlar, cavablarını verəcəyik…” – Prezidentin köməkçisi

12.09.2019 - 14:42

eli hes“AŞPA-nın siyasi məhbuslar üzrə məruzəçisinin Azərbaycana buraxılmaması ifadəsi kəskin, dəvət vermirdi isə tam başqa ifadədir. Azərbaycan açıq ölkədir, viza sistemi var, istənilən insan bura gələ bilər. AŞPA da bizim tərəfdaş təşkilatlardan biridir. Biz bu təşkilatla əvvəl tərəfdaş, sonra isə üzv kimi əməkdaşlıq edir, onların tövsiyələrini nəzərə alırıq. Əlbəttə, Azərbaycanın öz maraqları, dövlətçilik maraqları var. Azərbaycan ilk növbədə bu maraqlardan çıxış edir”.

“AzPolitika.info”-nun məlumatına görə, bunları Azərbaycan prezidentinin köməkçisi Əli Həsənov “Bir müddət əvvəl Azərbaycan Avropa Şurasının siyasi məhbuslar üzrə məruzəçisini ölkəyə buraxmırdı. Bir neçə gün əvvəl isə yeni məruzəçi Thorhildur Sunna Aevarsdottir ölkəyə səfər edib və danışıqlar aparıb. Bu o deməkdir ki, Azərbaycan siyasi məhbuslarla bağlı Avropa Şurası ilə əməkdaşlıq edəcək” sualına cavab verərkən deyib.

Prezidentin köməkçisi əlavə edib ki, siyasi məhbus, söz və mətbuat azadlığına dair məsələlərdə Azərbaycan bəzən Avropa Şurası ilə bir platformada birləşir, onların fikirləri ilə razılaşır, bəzən isə razılaşmır: “Çünki qərəzli yanaşmalar görürük. Təəssüflər olsun ki, bir sıra hallarda bu qərəzli yanaşma məqsədli mahiyyət daşıyır, Azərbaycanın bu və ya digər maraqlarına əks olur. Azərbaycanı bu və ya digər məsələlərə sövq etmək mahiyyəti daşıyır. Biz də bundan imtina edirik.

Konkret siyasi məhbus məsələsinə gəldikdə, biz bununla bağlı birmənalı bəyan etmişik və bu gün də o fikirdəyik ki, Azərbaycanda siyasi məhbus yoxdur. Konkret cinayət törətdiklərinə görə məhkum olunan insanlar var. Onların hər biri öz hüquqlarını həm ölkə daxilində, həm də Avropa institutlarının imkanından istifadə edərək müdafiə edə bilər. Avropa hüququ Azərbaycanda keçərlidir, Avropa İnsan Hüquqları Məhkəməsinin qərarları zaman-zaman olub və Azərbaycan hökuməti də bunu nəzərə alıb. Əgər kimsə Azərbaycan məhkəmələrinin çıxardığı qərarla razılaşmırsa, buyurub Avropa İnsan Hüquqları Məhkəməsinə müraciət etsin. Burada siyasi motiv yoxdur. Siyasi məhbus siyasi fəaliyyətinə, dünyagörüşünə görə cəzalandırılan insana deyirlər. Dünyada da siyasi məhbus təsnifatına fərqli yanaşmalar var. Ona görə də, biz Avropa Şurası ilə bu məsələdə razı deyilik, bəzən onların hansısa fikirləri ilə razılaşırıq və bunu müzakirəyə çıxarırıq. Bəzən isə razı olmuruq. Odur ki, buyurub Avropa Şurasının müzakirələrinə çıxarsınlar. Orada bizi təmsil edən nümayəndələr də onların cavabını verəcəklər”.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=132906

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930