“Ağdam Qafqazın Xirosimasıdır” – Məşhur İspaniya nəşri

18.09.2019 - 10:29

890e7745-cd04-487e-b379-21acb3e0d152İspaniyanın nüfuzlu AS nəşri UEFA Avropa Liqasının qrup mərhələsinin I turu çərçivəsində keçiriləcək “Qarabağ” – “Sevilya” oyunu ilə bağlı yazı dərc edilib.

“Report” xəbər verir ki, məqalədə Azərbaycan çempionunun təmsil etdiyi Ağdam şəhəri Qafqazın Xirosiması kimi təqdim olunub: “Çərşənbə axşamı Tofiq Bəhramov adına Respublika stadionunun tribunalarında yer alan azarkeşlərin çoxu Qarabağ müharibəsi nəticəsində öz evlərinə tərk edənlər, onların övlad və nəvələri olacaq. “Qarabağ” 26 ildir ev oyunlarını təmsil etdiyi şəhərdən 250 km uzaqda keçirir. Ağdam – Qafqazın Xirosiması, ruhlar şəhəridir. İndi orada “İmarət” stadionunun xarabalıqlarını görə bilərsiniz. “Qarabağ” təsis olunduğu 1951-ci ildən bəri, qanlı Azərbaycan – Ermənistan müharibəsi komanda ilə bərabər 40 min insanı oradan çıxmağa vadar edənə qədər ev oyunlarını orada keçiriridi. Həmin şəxslərin çoxu indi paytaxtda məskunlaşıblar”.

Məqalədə bildirilir ki, 2008-ci ildə Qurban Qurbanovun baş məşqçi postuna gəlişindən sonra “qaçqınların klubu” olan “Qarabağ”da yüksəliş dövrü başlayıb: “Artıq komanda Azərbaycanda dominatlıq edir, ardıcıl 6 mövsümdür avrokuboklarda qrupa düşür. “Qarabağ” Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazanan ilk və hələlik yeganə Azərbaycan təmsilçisidir. Onlar ötən bazar əsas rəqibləri “Neftçi”ni asanlıqla məğlub etdilər. “Qarabağ” 2017/2018 mövsümündə Ağdamdan didərgin düşərək bölgələrdə məskunalaşanların “Atletiko” və digər oyunlara gələ bilmələri üçün birbaşa avtobuslar təşkil etmişdi. Onlar üçün “Qarabağ” bir futbol komandasından çoxdur”.

Qeyd edək ki, sentyabrın 19-da Tofiq Bəhramov adına Respublika Stadionda keçiriləcək qarşılaşma saat 20:55-də başlayacaq.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=133221

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930