Metroda Üzeyir Musiqi Günü qeyd edilib

18.09.2019 - 14:56
Bakı Metropolitenində 18 sentyabr – Üzeyir Musiqi Günü qeyd edilib.
Bu barədə “Cümhuriyyət”ə qurumun mətbuat xidmətindən Aməlumat verilib. Bildirilib ki, Bakı metropolitenində Üzeyir Musiqi Gününün xüsusi layihələrlə qeyd edilməsinin artıq 5-ci ili tamam olur. Bu gün də səhər saat 11-dən başlayaraq günorta saatlarına qədər metronun “İçərişəhər”, “Sahil”, “28 May” və “Elmlər Akademiyası” stansiyaları növbə ilə sərnişinləri canlı musiqi sədaları altında qarşılayıblar.
Metropolitenin çoxsaylı sosial layihələrindən biri olan bu tədbirin proqramına milli və klassik musiqi nümunələri və xüsusən də Üzeyir Hacıbəylinin əsərlərindən parçalar daxil edilib.
Dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin doğum günü – 18 sentyabr tarixi Ümummilli lider Heydər Əliyevin təşəbbüsü və 1995-ci ildə imzaladığı Fərmanla Azərbaycanda hər il Üzeyir Musiqi Günü kimi təntənə ilə qeyd olunur.
Metro stansiyalarında peşəkar ifaçılar sərnişinlərdə günün ruhuna uyğun ovqat yaradıblar.

Short URL: http://www.cumhuriyyet.net/?p=133242

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31