Bu hərbi qulluqçuların pensiyaları artırılacaq

20.09.2019 - 14:54

Dövlət Təhlükəsizliyi Xidməti (DTX) və Xarici Kəşfiyyat Xidmətində xidmət etmiş hərbi qulluqçular və onların ailə üzvlərinin əmək pensiyaları artırılacaq.

APA-nın məlumatına görə, bu, Nazirlər Kabinetinin “Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin hərbi qulluqçularının və dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşlarının və hərbi qulluqçularının hərbi rütbəyə görə maaşlarının məbləğlərinin təsdiq edilməsi, Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin hərbi qulluqçularının və dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşlarının təsdiq edilməsi haqqında” 2018-ci il 10 aprel tarixli 141-6 nömrəli Qərarında dəyişiklik edilməsi, “Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin aparatının Xüsusi təyinatlı idarəsinin hərbi qulluqçularının aylıq vəzifə (tarif) maaşlarının məbləğləri”nin təsdiq edilməsi haqqında” 2018-ci il 8 avqust tarixli 347-26 nömrəli, “Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin hərbi qulluqçularının və dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşlarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 10 aprel tarixli 141-6 nömrəli Qərarında dəyişikliklər edilməsi haqqında” 2018-ci il 30 avqust tarixli 363-27 nömrəli, “Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin hərbi qulluqçularının və dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşlarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 10 aprel tarixli 141-6 nömrəli Qərarında dəyişiklik edilməsi barədə” 2019-cu il 22 aprel tarixli 184-8 nömrəli və “Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin hərbi qulluqçularının və dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşlarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 10 aprel tarixli 141-6 nömrəli və “Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin aparatının Xüsusi təyinatlı idarəsinin hərbi qulluqçularının aylıq vəzifə (tarif) maaşlarının məbləğlərinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 8 avqust tarixli 347-26 nömrəli qərarlarında dəyişikliklər edilməsi barədə” 2019-cu il 2 may tarixli 206-11 nömrəli qərarlarının ləğv edilməsi haqqında” və Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidmətinin hərbi qulluqçularının və dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşlarının və hərbi qulluqçularının hərbi rütbəyə görə maaşlarının məbləğlərinin təsdiq edilməsi, Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinin hərbi qulluqçularının (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları və kursantlar istisna olmaqla) aylıq pul təminatının, ərzaq payı əvəzinə pul kompensasiyasının və mülki işçilərinin əməkhaqlarının məbləğlərinin təsdiq edilməsi barədə” 2008-ci il 15 sentyabr tarixli 213-25 nömrəli, “Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidmətinin hərbi qulluqçularının və dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşlarının məbləğlərinin təsdiq edilməsi haqqında” 2018-ci il 10 aprel tarixli 142-7 nömrəli qərarlarında dəyişiklik edilməsi və “Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidmətinin hərbi qulluqçularının və dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşlarının məbləğlərinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 10 aprel tarixli 142-7 nömrəli qərarında dəyişikliklər edilməsi barədə” 2018-ci il 17 iyul tarixli 305-23 nömrəli, “Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidmətinin hərbi qulluqçularının və dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşlarının məbləğlərinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 10 apreltarixli 142-7 nömrəli qərarında dəyişiklik edilməsi barədə” 2019-cu il 2 may tarixli 205-10nömrəli, “Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidmətinin hərbi qulluqçularınınvə dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşlarının məbləğlərinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 10 aprel tarixli 142-7 nömrəli qərarında dəyişikliklər edilməsi barədə” 2019-cu il 10 may tarixli 215-12 nömrəli və “Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 10 aprel tarixli 142-7 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Xarici Kəşfiyyat Xidmətinin hərbi qulluqçularının aylıq vəzifə (tarif) maaşlarının məbləğləri”ndə dəyişikliklər edilməsi barədə” 2019-cu il 10 iyun tarixli 263 nömrəli qərarlarının ləğv edilməsi haqqında” qərarlarında əksini tapıb.

Qərarlara əsasən, Dövlət Təhlükəsizliyi Xidmətinin hərbi qulluqçularının və Dövlət Təhlükəsizliyi Xidmətinin dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə maaşları, Dövlət Təhlükəsizliyi Xidmətinin hərbi qulluqçularının hərbi rütbəyə görə maaşları, o cümlədən Xarici Kəşfiyyat Xidmətinin hərbi qulluqçularının və Xarici Kəşfiyyat Xidmətinin dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə maaşları, Xarici Kəşfiyyat Xidmətinin hərbi qulluqçularının hərbi rütbəyə görə maaşları artırılıb.

Bununla əlaqədar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə Dövlət Təhlükəsizliyi Xidməti və Xarici Kəşfiyyat Xidmətində xidmət etmiş hərbi qulluqçular və onların ailə üzvlərinə əmək pensiyalarının qanunvericiliklə müəyyən edilmiş qaydada yenidən hesablanmasını və “Sosial təminatı və müdafiəni həyata keçirən müvafiq icra hakimiyyəti orqanının 2019-cu il büdcəsi haqqında” 2018-ci il 30 noyabr tarixli qanununda bu məqsədlər üçün nəzərdə tutulmuş vəsait hesabına ödənilməsini təmin etmək tapşırılıb.

Hər iki qərar 2019-cu il sentyabrın 1-dən tətbiq edilir.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=133379

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2024
BE ÇA Ç CA C Ş B
 123
45678910
11121314151617
18192021222324
25262728293031