Gələn il təhsil haqları ARTIRILACAQ: ekspertdən BƏDBİN PROQNOZ

04.10.2019 - 18:41

“Gələn ildən ali təhsil məssisələrində təhsil haqları artacaq”.

Təhsil eksperti Kamran Əsədov Lent.az-a bildirib ki, 2020-ci ildən bakalavriat səviyyəsində hər bir təhsilalana düşən xərclər artıb:
“2010-cu ildə təstiq olunmuş xərclərin miqdarı ilə 2020-ci il üçün nəzərdə tutulan xərclər arasında 300 manat və daha çox fərq var. Məsələn, 2010-cu ildə bakalavr pilləsinə düşən xərclərdə müalicə işi üçün 2 500 manat müəyyən edilmişdisə, 2020-ci il üçün müalicə işi ixtisasına 5 400 manat müəyyən olunub. Yaxud 2010-cu ildə heykəltəraşlıq 2 000 manat idisə, 2020-ci ildə 6 000 manat olacaq.
Müəllimlik ixtisasları üçün 2010-cu ildə 1 500 manat xərclər müəyyənləşmişdisə, 2020-ci ildə bu 1 710 və 1 850 manat müəyyənləşib”.
Ekspert qeyd edib ki, bütün ixtisaslar üzrə 300 manatdan 2 000 manata qədər təhsil alana düşən xərclər artırılıb:
“Amma bunlar dövlət sifarişi ilə hər bir təhsil alana çəkilən faktiki xərcdir. Yəni, ödənişli əsaslarla fərqli rəqəmlər ola bilər.
Bildirim ki, bu ixtisaslar üzrə dövlət sifarişli qəbul olan hər tələbəyə görə büdcədən universitetə bu qədər vəsait ödənəcək. Amma ödənişli təhsil haqlarını isə universitetlər özü müəyyənləşdirir. Təbii ki, tələbələrin sayının artması ilə xərclərin də azlaması mümkündür”.
K.Əsədov son olaraq deyib ki, 2020-ci ildə ödənişsiz plan yerlərinin sayı daha da artacaq və bu artım o qədər də vətəndaşa təsir göstərməyəcək:
“Yəni, 2020-ci ildə plan yerinin 50 faizi pulsuz olacaq. Qısası 2020-ci ildə təhsil haqlarında artım olacaq”.
https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=134125

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930